Главная > Turizm > Cənub bölgəsinin tarixi abidələri özünəməxsusluğu ilə seçilir
Cənub bölgəsinin tarixi abidələri özünəməxsusluğu ilə seçilir19-11-2017, 16:45. Разместил: yeni321 |
Cənub bölgəsinin tarixi abidələri özünəməxsusluğu ilə seçilir “Tur-aksiya zamanı diqqətimi ən çox çəkən tarixi abidələr oldu. Cənub bölgəsinin tarixi abidələri özünəməxsusluğu ilə seçilir. Lənkəranda “Dairəvi Qala”, “Mayak” binası, Hirkan Milli Parkı, Astarada “Yanar bulaq”, “Ləm” yay istirahət evi, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq yaddaşımdan heç vaxt silinməyəcək. Bütün bunlar Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğunu sübut edir...” Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində cənub bölgəsinə səyahət edən Ağstafa rayonunun Dağkəsəmən kənd 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Elgün Salıfov bildirib. Məktəbli deyib ki, ekskursiya zamanı cənub bölgəsinin özünəməxsus adət-ənənələri, xalq tətbiqi sənəti nümunələri, milli mətbəxi, bayram mərasimləri ilə də yaxından tanış olub. O, tur-aksiyanın təşkilatçılarına minnətdarlığını bildirərək, Ağstafaya zəngin təəssüratla qayıtdığını vurğulayıb. Вернуться назад |