Главная > Turizm > Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək

Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək


19-07-2018, 14:31. Разместил: admin44

 

Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), “Coca-Cola” şirkəti, “ASAN Könüllüləri” Təşkilatı tərəfindən reallaşdırılan “Uğurlu qadın, uğurlu gələcək” layihəsi çərçivəsində ilk təlimlərə başlanılıb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın əsas turizm marşrutları üzrə nəzərdə tutulan altıgünlük təlimlərin gündəliyinə turizmin əsasları və idarəçiliyi, müştəri xidməti, gigiyena kimi bir sıra mövzular daxil edilib. Təlimlər Türkiyənin tanınmış mütəxəssisləri və ATMU-nun müəllimlər tərəfindən hazırlanan müştərək proqram əsasında ödənişsiz həyata keçirilir. Təlimlər iyulun 16-dan 20-dək Qəbələdə, iyulun 22-dən 27-dək Gəncədə, avqustun 6-dan 11-dək isə Masallıda təşkil olunacaq. Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
Layihənin əsas məqsədi bölgə qadınlarını təlimlərə cəlb etmək, onları turizm biznesinə həvəsləndirmək və bu sahədə dövlət siyasətinə və biznes təşəbbüslərinə dəstək olmaqdır.шаблоны для dle 11.2
Вернуться назад