DataLife Engine > Версия для печати > AVMA-nın Masallıda yay istirahət turu
Главная > Turizm / Təhsil > AVMA-nın Masallıda yay istirahət turu

AVMA-nın Masallıda yay istirahət turu


23-07-2018, 18:00. Разместил: admin44

AVMA-nın Masallıda yay istirahət turu

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası (AVMA)” İctimai Birliyi “Bakı və regionlarda Valideyn Forumu və valideyn-usaq yay istirahət turlarının təşkili” layihəsi çərçivəsində 20 nəfərlik heyətlə Masallı rayonunda yay istirahət turu keçirib.
İki gün davam edən istirahət turunda AVMA mərkəzi qərargahının nümayəndələri, Bakının 255, 100, 189-190, 37, 26, Qusar rayonun 2 nömrəli, İmişli rayonunun Oruclu kənd məktəbləri, Pişəvəri adına lisey və s. təhsil müəssisələrindən olan valideynlər, VMA nümayəndələri, müəllim, məktəb direktorları və şagirdləri Masallı rayonunun şəfalı yerlərinə, İstisu İstirahət Kompleksinə, Tarix və Diyarşünaslıq muzeyinə, Heydər Əliyev adına Mərkəzə baş çəkib, rayon icra hakimiyyətin nümayəndələrilə görüşüblər. Masallı meşəsində piknik, təhsil iştirakçıları ilə qeyri-formal şəraitdə ünsiyyət, təcrübə mubadiləsi, birgə istirahət təşkil olunub.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və bu layihənin davamlı olması arzulanıb.
Diqqətə çatdıraq ki, növbəti yay istirahət turu Qax rayonunda olacaq.
 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад