• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Əkinçilik tariximizdən: Çəltikçilik

    Əkinçilik tariximizdən: Çəltikçilik

    • 17-11-2017, 22:21
    • Aqrar
    • 0
    • 2 510
     

    Əkinçilik tariximizdənÇəltikçilik


    Çəltik bitkisinin vətəni Cənub-Şərqi Asiya ölkələri hesab olunur, dünya bitkiçiliyinə çəltiyi Hindistan və Birma vermişdir. İranda çəltiyin becərilməsinə VII əsrin ortalarında, Azərbaycanda da məhz bu vaxtdan başlanılmışdır. Azərbaycanın Rusiyaya ilhaqından sonra yaranan sabitlik taxılçılığın, xüsusilə çəltikçiliyin inkişafına səbəb olmuşdur. Lənkəran, Quba, Şirvan və Qarabağda çəltikçilik XIX əsrin 40-cı illərindən sürətlə inkişaf etməyə başlamışdır.
    Bakı quberniyası üzrə Lənkəran qəzasında çəltikçilik ixtisaslaşdırılmış ən iri təsərrüfat sahəsinə çevrilmişdi. XIX əsrin axırlarında və XX əsrin əvvəllərində Lənkəran qəzasında 13 min desyatindən (1 desyatin 1,09 hektar) artıq sahədə çəltik əkilirdi.Bu da quberniyada əkilən çəltiyin 61 faizini təşkil edirdi. Zaqafqaziyada istehsal olunan 10 milyon pud çəltiyin 8,7 milyon pudu, (87%) Azərbaycanın payına düşürdü. Lənkəran qəzası bütün Zaqafqaziyada istehsal olunan çəltiyin 25 faizini verirdi. XX əsrin əvvəllərində qəzada çəltik sahələri 18 min desyatinə çatmış, daha sonra 40 min desyatinə qədər yüksəlmişdir.
    Bəhs olunan dövrdə qəzanın 110 kəndi – əhalinin 30 faizi çəltikçiliklə məşğul idi. Burada çəltiyin 50-yə qədər növü var idi: “Ənbərbu”, “Sədri”, “Çiləyi”, “Campo”, “Maraja”, “Əkulə”, “Beybu”, “Rasimi”,”Vilgəciri”, “Haşimi”, “Məmmədli”, “Ağsədri”, “Çilənbəri”, “Reyhani”, “Mazandaranı” və s. Ən məhsuldar “Campo” növü idi. Yerli əhali “Sədri”, “Əkulə”, “Vilkəciri” növünə üstünlük verirdi.Bu növlərdən hazırlanan plov daha keyfiyyətli və ləzzətli olurdu.Qaynaqların birində qeyd olunur ki, ötən əsrdə yerli bazarlarda “Masallı sədrisi” üstündə alıcılar arasında dava düşərdi”.
    Bölgəmizdə çəltik ustaları yeni növlər əldə etmək məqsədi ilə başqa ölkələrdə becərilən keyfiyyətli, məhsuldar, suya az tələbatı olan çəltik növlərini də yerli şəraitə uyğunlaşdırırdılar.Masallı rayonunun Çaxırlı kəndində 1863-cü ildə Tibet çəltiyi becərilmişdir. Bu çəltikçilərimizin öz işlərinin mahir biliciləri olmasını bir daha sübut edir.
    Burada yetişdirilən düyünün əsas bazarı Rusiya və Qərbi Avropa ölkələri idi. Çəltik ustalarımız Moskva (1852), London (1862), Xarkov (1887) və digər Beynəlxalq Kənd Təsərrüfatı sərgilərində mükafatlara sahib çıxmışlar.1889-cu ildə Tiflis şəhərində keçirilən kənd təsərrüfatı və sənaye məhsullarının Qafqaz sərgisində Çaxırlı kəndindən aparılmış “Əkulə” növ çəltik və düyü gümüş medala layiq görülmüşdür.
    Çəltikçilik Sovetlər dönəmində də bölgənin mühüm təsərrüfat sahəsi kimi inkişaf etmişdir. Masallı respublikamızın əsas çəltik yetişdirən rayonlarından biri idi. 1961-ci ildə 1830 hektar sahədə çəltik əkilmiş, hər hektardan 35-40 sentner məhsul əldə olunmuşdur.
    Ötən əsrin 60-cı illərindən başlayaraq çəltikçilik daha rentabelli, gəlirli təsərrüfat sahələri olan tərəvəzçilik, çayçılıq, sitrus bitkiləri ilə əvəz olundu.Ölkəmiz müstəqillik əldə edəndən sonra rayonumuzun Ərkivan, Qəriblər, Xıl, Sərçuvar, Sirəbil, Mahmudavar və digər kəndlərində çəltikçilik bərpa olundu. 2000-ci ildə rayonumuzda 372 hektar çəltik əkilmiş, hər hektardan 58 sentner məhsul əldə olunmuşdu.Çox təəssüf ki, bu təsərrüfat sahəsi yenidən unuduldu.Son vaxtlar çəltikçiliyə qayıdış mühüm əhəmiyyətli bir hadisədir.
    Bu il sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki yekun nitqində bildirmişdir:
    1991-ci ildə - müstəqilliyin ilk ilində 1000 hektarda çəltik əkilmişdisə, 2016-cı ildə bu, 2500 hektara çatmışdır və 5600 ton çəltik yığılmışdır. Bu il isə 5 min hektarda çəltik əkilib. Yəni, keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib. Bu, çox müsbət haldır. Yenə də qeyd etməliyəm ki, fermerlər tərəfindən bu sahəyə çox böyük maraq var.
    Əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə, insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam avtomatlaşdırılıb.Dünən mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür-həm səpin, həm də yığım vaxtı.Ona görə, indi texnika gətirilib.Biz çəltikçiliyin artım dinamikasına uyğun xüsusi texnikanın alınması məsələsinə də mütləq baxmalıyıq.Əkin sahələrinin su təminatı əlbəttə ki, çox vacibdir.Əfsuslar olsun ki, bu gün bizdə istifadəsiz olan, su altında qalan sahələr, bataqlıq sahələri var.Onlardan da çəltikçiliyin inkişafı üçün istifadə edilməlidir.
    Toxumçuluğa da fikir verilməlidir.Burada bu məsələyə də toxunuldu.Bu da vacib məsələdir.
    Çəltikçiliyin inkişafı üçün də güzəştli şərtlərlə kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır. Keçən il ölkəmizə 48 min ton düyü idxal edilmişdir və xaricə 37 milyon dollar getmişdir.
    Həmin müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov da öz çıxışında çəltikçiliyin inkişafı ilə bağlı rayonda görülən işlərdən danışmışdır: “Cari ildə rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 400 hektara yaxın örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növlərinin əkilməsinə başlanılmışdır. Keçən il 7 hektarda, bu il isə 195 hektarda üç növ çəltik əkilmiş, kənardan asılılığı azaltmaq üçün 10 hektarda çəltik toxumçuluğu yaradılmış, müasir texnologiya əsasında yeni çəltik emalı zavodunun tikintisinə başlanılmışdır.Gələn il çəltik əkinlərinin iki dəfə artırılaraq 400 hektara çatdırılması nəzərdə tutulur.”
    Masallı rayonunda bu istiqamətdə uğurlar əldə edilməkdədir.Yerli bazarda ötən illə müqayisədə ətirli düyu növlərinin qiymətlərində azalma müşahidə olunur.İnsanlar torpağa qayıdışın bəhrəsini görür, bunu güzaranlarında nəzərə çarpacaq dərəcədə hiss edirlər.Yeni texnologiya əsasında işləyəcək çəltik dəyirmanında müasir avadanlıqlar tam quraşdırıldıqdan sonra gündə 20-30 ton çəltik emal ediləcəkdir.
    “Sərvətin anası torpaq, atası əməkdir”, “torpaq əkilmirsə onu qorumağa dəyməz” deyib atalar. Qədim şumerlərdə belə bir məsəl var idi: “İşləyən adamın yuxusu şirin olar”. Məhşur Babil hökmüdarı Hammurapı 4 min il bundan əvvəl qanunlarında deyirdi: “Əgər bir adam yararlı torpağı əkib-becərmirsə həmin adam ifşa olunmalıdır”.

     
     Musarza MİRZƏYEV, 
    Masallı rayonundakı Mahmudavar kənd tam orta məktəbinin tarix müəllimi,
    araşdırmaçı, Azərbaycanın Əməkdar müəllimi.
     
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 09:48 Masallıda görkəmli bəstəkarın yubiley tədbiri keçirilib
    2. 19:19 İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
    3. 19:17 İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib
    4. 19:13 Azərbaycan Prezidentinə yazırlar
    5. 19:09 Masallı şəhərində ağacəkmə aksiyası təşkil olundu
    6. 21:13 Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir
    7. 19:11 Masallıda özünəməşğulluğa cəlb edilmiş şəxslər barədə
    8. 19:04 Masallıda “Təbii fəlakətlər zamanı əhalinin davranışı və onların hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir
    9. 19:00 Rayon rəhbərinin 19 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    10. 12:14 Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır
    11. 23:00 Rayon ərazisində asfalt örtüyündə təmir işləri aparılır
    12. 22:30 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin yığıncağı
    13. 21:00 Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir
    14. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    15. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    16. 23:30 Yenidən qurulacaq Şirvan suvarma kanalı bu sahəyə yeni nəfəs gətirir
    17. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    18. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    19. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    20. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    21. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    22. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    23. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    24. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    25. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    26. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    27. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    28. 16:28 Masallı RİH Başçısı 09.04.2024-cü il tarixdə Təklə ərazisinin sakinləri ilə görüşdü
    29. 22:30 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    30. 16:07 Masallıda bayram öncəsi yollarda təmir işləri
    31. 16:04 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    32. 15:31 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    33. 09:44 Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin ədalət prinsipi
    34. 23:00 Masallıda Ramazan bayramı sovqatı
    35. 21:30 Prezident İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu -Nqessunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar bəyənatı
    36. 22:30 Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur
    37. 16:58 YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüşü keçirilib
    38. 16:51 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası
    39. 21:00 Aprel döyüşlərinin şəhidi Nurlan Bayram oğlu Əsgərlinin 8-ci ildönümü
    40. 16:28 Rayon rəhbərinin 05 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ