Главная > Dünya Xəbərləri > Bu il 97 jurnalist həlak olub

Bu il 97 jurnalist həlak olub


18-12-2017, 18:42. Разместил: admin44
Bu il 97 jurnalist həlak olub

Dünyada ...


İlin əvvəlindən bəri 28 ölkədə ümumilikdə 97 jurnalist həlak olub. Bu barədə məlumat “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatının dekabrın 18-də Cenevrədə dərc olunan illik məruzəsində əksini tapıb.
TASS informasiya agentliyinə istinadla xəbər veririk ki, təşkilat dünya ictimaiyyətini münaqişə zonalarında jurnalistlərin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görməyə çağırıb. Həmçinin qeyd edilir ki, 2017-ci ildə qətllərin sayı ötən illə müqayisədə (144) xeyli azalıb. PEC-in məlumatına əsasən, 2008-ci ildən indiyədək ilk dəfədir ki, bir il ərzində həlak olan KİV əməkdaşlarının sayı 100 nəfərdən azdır. Ümumilikdə isə son 10 ildə dünyada 1197 jurnalist öldürülüb.
KİV nümayəndələri üçün ən təhlükəli ölkələrin siyahısında birinci yerdə bu il 14 jurnalistin qətlə yetirildiyi Meksika qərarlaşıb. Siyahıda ilk beşliyə, həmçinin İraq (9 jurnalist), Əfqanıstan, Hindistan və Pakistan (hər birində 8 jurnalist) daxildir. Bu beş ölkədə ümumilikdə 45 jurnalist zorakılıq qurbanı olub. Filippin və Suriya (hər birində 6 jurnalist) siyahıda 6-cı və 7-ci yerləri bölüşür. Onların ardınca Somali (5 jurnalist) və Honduras (4 jurnalist) gəlir.
2011-2017-ci illərdə Suriyada 108, Meksikada 72, İraqda isə 71 jurnalist həlak olub.шаблоны для dle 11.2
Вернуться назад