• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ölkə mətbuatında: Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır

    Ölkə mətbuatında: Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır

     
    Ölkə mətbuatında

    Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır

    Masallı şəhərinin Seybətin döngəsini keçib magistral şose ilə Lənkəran tərəfə təxminən 2 kilometr getdikdən sonra yolun sol tərəfində yeni binalar görünür. Avqust ayının ortalarına kimi bura bomboş ərazi idi. Ölkə rəhbərinin Masallı Sənaye Məhəlləsinin tikilməsi barədəki göstərişi boş qalmış bu yerə sanki nəfəs verdi.
    Rayon icra hakimiyyətinin sərəncamı ilə Masallı Sənaye Məhəlləsinin tikintisi üçün 10 hektar torpaq sahəsi ayrıldı. İnşaatçılar vaxt itirmədən işə başladılar - ətrafı təmizlədilər, layihə əsasında ölçmə işləri apardılar. Əraziyə ardı-arası kəsilmədən armatur, mişar daşı, qum, sement və digər tikinti materialları gətirildi. Yerli sakinlər rayon Məşğulluq Mərkəzində qeydiyyatdan keçərək burada işə düzəldilər. Müxtəlif markalı ən müasir texnikalar, ekskavatorlar, buldozerlər, betonqarışdıran və daşıyan maşınlar, ağır tonlu yük avtomobilləri onların köməyinə gəldi. İndi bura yolu düşənlər ərazidə aparılan işləri gördükdə gözlərinə inanmırlar. Axı bu yaxınlara kimi burada heç nə yox idi. Düz deyiblər ki, insan əməyi, insan iradəsi hər şeyə qadirdir. O, hansı sahədə olursa-olsun, xariqələr yarada bilər.
    Masallı Sənaye Məhəlləsinin sifarişçisi İqtisadiyyat Nazirliyi, podratçı təşkilat isə “M - NAF” MMC-dir. Tikintinin layihə rəhbəri Qurban Burcalıyevdir. O, həm də iş icraçısıdır. Obyekti gəzib işlərin gedişi ilə tanış oluruq. Bir briqada inzibati binanın fasad hissəsində, içəridə üzləmə işləri aparır, başqa biri istehsal sahələrinin girişinə beton tökür, digəri su hovuzları tikir, kanalizasiya xətti çəkirdi. Maşın-mexanizmlər də bir an belə dayanmır. Məhz belə bir əmək coşqusu sayəsində qısa zaman kəsiyində 3 istehsal, 1 inzibati bina, yüksək gərginlikli yarımstansiya, hər biri 100 kubmetrlik 2 nasosxana, 4 sutəmizləyici qurğu, 300 kubmetrlik 2 texniki və suvarma, içməli və yanğın əleyhinə su anbarları, buraxılış-keçid məntəqəsi tikilmiş, asfalt yol, elektrik, daxili kanalizasiya xətləri çəkilmişdir. Görülən hər bir işin keyfiyyəti də diqqətdə saxlanılır.
    Obyektdə hər gün orta hesabla 150-200 nəfər çalışır. Qaynaqçı Şiraslan Heydərov, betonçu Nurəddin Əliyev, ekskavatorçu Elnur Qəhrəmanov, rəngsaz Rəşad Atakişiyev, üzlükçü Rəhman Qılmanov və başqaları tapşırılan işin öhdəsindən bacarıqla gəlirlər.
    Burada tibb məntəqəsi də fəaliyyət göstərir. Bundan əlavə, yerli işçilərə hər gün günorta vaxtı, kənardan gələn mütəxəssislərə isə gün ərzində 3 dəfə pulsuz yemək verilir. İşin belə təşkili inşaatçıların səmərəli işləməsinə şərait yaradır. Obyekti gələn ilin birinci rübündə istifadəyə vermək nəzərdə tutulub.

    Seyran CAVADOV,
     “Azərbaycan”.
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 23:30 Masallıda “Məktəbəqədər təhsil” layihəsinin açılışı baş tutdu
    2. 23:30 Masallı kitabxanasının 100 illik yubileyi
    3. 09:48 Masallıda görkəmli bəstəkarın yubiley tədbiri keçirilib
    4. 19:19 İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
    5. 19:17 İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib
    6. 19:13 Azərbaycan Prezidentinə yazırlar
    7. 19:09 Masallı şəhərində ağacəkmə aksiyası təşkil olundu
    8. 21:13 Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir
    9. 19:11 Masallıda özünəməşğulluğa cəlb edilmiş şəxslər barədə
    10. 19:04 Masallıda “Təbii fəlakətlər zamanı əhalinin davranışı və onların hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir
    11. 19:00 Rayon rəhbərinin 19 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    12. 12:14 Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır
    13. 23:00 Rayon ərazisində asfalt örtüyündə təmir işləri aparılır
    14. 22:30 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin yığıncağı
    15. 21:00 Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir
    16. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    17. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    18. 23:30 Yenidən qurulacaq Şirvan suvarma kanalı bu sahəyə yeni nəfəs gətirir
    19. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    20. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    21. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    22. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    23. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    24. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    25. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    26. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    27. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    28. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    29. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    30. 16:28 Masallı RİH Başçısı 09.04.2024-cü il tarixdə Təklə ərazisinin sakinləri ilə görüşdü
    31. 22:30 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    32. 16:07 Masallıda bayram öncəsi yollarda təmir işləri
    33. 16:04 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    34. 15:31 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    35. 09:44 Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin ədalət prinsipi
    36. 23:00 Masallıda Ramazan bayramı sovqatı
    37. 21:30 Prezident İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu -Nqessunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar bəyənatı
    38. 22:30 Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur
    39. 16:58 YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüşü keçirilib
    40. 16:51 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ