Главная > İqtisadiyyat > Masallıda paxlalı bitkilərin əkininə maraq artıb

Masallıda paxlalı bitkilərin əkininə maraq artıb


29-04-2020, 15:36. Разместил: admin44

Masallıda paxlalı bitkilərin əkininə maraq artıb 

Masallı rayonunda paxlalı bitkilərin əkininə maraq artıb.
Bu il təsərrüfat mövsümündə təkcə Ərkivan qəsəbəsində 18, Viləş kəndində 8, Bədəlanda 5 hektar ərazidə paxlalı bitkilərin əkini həyata keçirilib.
Fermerlər məhsuldarlıq baxımından daha çox noxudun əkininə maraq göstərirlər. Belə ki, Viləş kəndində 5,77 hektar, Ərkivan qəsəbəsində 10 hektar sahədə noxud əkilib. Bundan əlavə qəsəbədə 5 hektarda paxla, 2 hektarda mərci, 1 hektarda isə lərgə əkini həyata keçirilib.
Əkinçilər məhsul yığımı zamanı ötənilkindən daha çox məhsul tədarük etməyi planlaşdırırlar.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад