Главная > İqtisadiyyat > Qida Təhlükəsizliyi Agentliyi Masallıda reyd keçirib

Qida Təhlükəsizliyi Agentliyi Masallıda reyd keçirib


9-07-2020, 15:00. Разместил: admin44
Qida Təhlükəsizliyi Agentliyi Masallıda reyd keçirib 

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən alınan məlumata görə, Masallı rayonunda fəaliyyət göstərən bir neçə ictimai iaşə obyekti, ərzaq satışı mağazasında reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Belə ki, Masallı rayonunun Boradigah qəsəbəsində “Kaktus” market, Ərkivan qəsəbəsində Paşayev Elvin Mirdaməd oğluna, Şirəliyeva Elnurə Rakif qızına, Mütəllimzadə Nurlan Çingiz oğluna, Masallı şəhərində Bağırov İlqar Qulam oğluna məxsus marketlərdə daha çox uyğunsuzluqlar aşkar edilib.
Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад