Главная > İqtisadiyyat / Aqrar > Fermer Hadı İsmayılov: Çiyələk yığılır, kartof sahələri becərilir

Fermer Hadı İsmayılov: Çiyələk yığılır, kartof sahələri becərilir


11-05-2021, 18:08. Разместил: admin44
Fermer Hadı İsmayılov: Çiyələk yığılır, kartof sahələri becərilir

Masallı rayonunun Əhmədli kəndindən olan «Tərəqqi» medallı fermer Hadı İsmayılov hələ gənc yaşlarından kənd təsəsərrüfatı ilə məşğuldur. Əkinçilik sahəsi üzrə ixtisaslaşmış kənd təsərrüfatı mütəxəssisinin çiyələk plantasiyası var. Uzun müddətdir ki, digər kənd təsərrüfatı məhsullarının istehsalı ilə də məşğul olur. O, kollektivlə birlikdə bu il yarım hektar sahədə çiyələk, 3 hektarda sahədə isə kartof yetişdirir.
Kollektiv bu günlərdə sahələrdən 300 kiloqramdam çox nübar çiyələk yığıb bazara göndərmişdir. Onlar yığılan məhsulun satış qiymətindən də razıdırlar.
Qeyd edək ki, Masallı torpağında yığılan çiyələk məhsulu yerli bazarlarla yanaşı, xarici ölkələrə də ixrac edilir.
Qabaqcıl fermer Hadı İsmayılovun başçılıq etdiyi kollektivin üzvləri hazırda kartof sahələrini becərir, suvarma işlərini sürətlə davam etdirirlər. O, deyir ki, mənim əkin sahəmdə becərdiyim meyvələr öz dadı və keyfiyyəti ilə fərqlənir. Əsasən çiyələk xüsusi qaydada yetişdirilir. Bu sahə üzrə artıq 20 ildən çoxdur ki, təcrübəm var. Əminliklə söyləyə bilərəm ki, bu məhsullar heç bir kimyəvi maddə qatılmadan becərilir. Cari ildə məhsulumuz boldur. Yığılan çiyələyin keyfiyyətinə fikir verir, qiymətli ərzaq məhsulunu alıcılara vaxtında və optimal müddətdə çatdırmağa çalışırıq.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад