• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Dənli və texniki bitkilərin yığımı dövründə və meşələrdə yanğın təhlükəsizliyi

    Dənli və texniki bitkilərin yığımı dövründə və meşələrdə yanğın təhlükəsizliyi

     
    Dənli və texniki bitkilərin yığımı dövründə və meşələrdə yanğın təhlükəsizliyi qaydaları

    Kənd təsərrüfatında məsul bir dövrün - dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq. Taxıl yığımı və heyvandarlığın inkişafı məqsədilə mal-qara üçün silos, senaj, quru ot tədarükünün artırılması respublika iqtisadiyyatında önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının inkişafı istiqaməti daim diqqət mərkəzindədir.
    Əlbəttə, bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir. Ona görə də, dənli və texniki bitkilərin tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu əhəmiyyətli məhsulun, xüsusən strateji əhəmiyyətli taxılın yanğın təhlükəsizliyi də daima diqqət mərkəzində olmalı, bütün zəruri tədbirlər həyata keçirilməlidir.
    Birinci növbədə qeyd edilməlidir ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün şəxslərin ümdə vəzifəsidir və bu sahədə onların qarşısında ciddi tapşırıqlar qoyulur.
    Qeyd edək ki, hər il ot və taxıl yığımı mövsümünə hazırlıq dövründə Dövlət Yanğın Nəzarəti Xidməti bütün regionlarda yerli icra hakimiyyətlərinin, bələdiyyə sədrlərinin, fermerlərin, aqroservis rəhbərlərinin, meşə mühafizəsi və bərpası idarələri işçilərinin iştirakı ilə seminarlar, yanğına qarşı təbliğat xarakterli tədbirlər həyata keçirir. Amma hər il bu tədbirlərin keçirilməsinə baxmayaraq, təəssüf ki, taxıl sahələrində, meşələrdə yanğın hadisələri baş verməkdədir.
    Araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən, siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər texikaların atqı borularında qığılcımsöndürənin olmamasından, biçilmiş sahələrin yandırılması səbəbləri ilə baş verdiyi məlum olmuşdur.
    Biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.
    Qeyd edildiyi kimi, ot və taxıl yığımı mövsümünün başlanmasına az qalır. Kombaynların sahələrə çıxdığı, yəni taxıl yığımı, mal-qara üçün silos, senaj, quru ot tədarükü görüldüyü bir vaxtda dənli və texniki bitkilərin yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. İlk növbədə xüsusi olaraq qeyd edək ki, müvafiq qanunvericilikdə mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbərinin tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıması təsbit olunmuşdur. Odur ki, ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar. Taxıl və ot, küləş yığımına başlamazdan qabaq bütün təsərrüfat rəhbərləri kənd təsərrüfatı texnikasını ilkin yanğınsöndürmə vasitələri ilə təmin etməli, dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün müvafiq əmrlə cavabdeh şəxslər təyin etməlidirlər. Məhsul yığımında iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs müvafiq qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimatlandırılmalıdırlar. Yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayan şəxslərin məhsul yığımında iştirakına yol verilməməlidir.
    Taxıl yığımında iştirak edən texnika yığıma başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdırlar.
    Məhsul yığımında iştirak edən bütün texnikaların mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməli, kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda şum traktorları da qığılcımsöndürənlərlə təmin edilməlidir. Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədilə kapotsuz və ya kapotu açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.
    Yığımda iştirak edən texnikaların yanğın təhlükəsizliyi tələblərinə uyğun olması hər bir müəssisədə təşkil olunmuş xüsusi komissiya tərəfindən yerli Dövlət Yanğın Nəzarəti orqanının əməkdaşı ilə birgə yoxlanılmalıdır.
    Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra digər zəruri tədbirlər təxirə salınmadan həyata keçirilməlidir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaqla şumlanmalıdır. Biçilmiş ot, taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədi ilə keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən, xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda yerləşdirilməlidir.
    Məhsul yığımı dövründə bir sıra zəruri yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir. Biçin işi aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdolduran maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı texnikaların yanacaqla doldurulması yol verilməzdir.
    Bir daha xatırladırıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır! Unutmamalıyıq ki, taxıl bərəkətdir, ruzidir və o, böyük zəhmət hesabına yetişdirilir.
    Meşələrin yanğın təhlükəsizliyi də daim diqqət mərkəzində saxlanılmalıdır. Belə hadisələrin qarşısının alınmasında aidiyyəti dövlət orqanları ilə yanaşı, vətəndaşların da üzərilərinə çox mühüm vəzifələr düşür. Qeyd edək ki, külli miqdarda ziyanla nəticələnən yanğın hadisələrinin baş verməməsi üçün yay mövsümündə qabaqlayıcı tədbirlərin görülməsinə daha çox diqqət yetirilməlidir. Təbiətə xüsusi gözəllik bəxş edən meşələrin yanğından qorunması, ən qiymətli sərvətlərimizdən birinin qorunması deməkdir. Çünki insanların həyat fəaliyyətində, onların sağlamlığında mühüm rol oynayan meşələrin də daim qayğıya ehtiyacı vardır. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu əvəzsiz nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın mənəvi borcudur.
    Meşələrin məhv olmasının əsas səbəblərindən biri də yanğınlara məruz qalmasıdır. Məhz buna görə insanların həyat fəaliyyətində mühüm rol oynayan meşələri yanğından qorumaq üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.
    Meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, o cümlədən meşə-mühafizəsi mühəndisləri meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə, meşə sahələrində və zolaqlarında yanğına qarşı rejim təyin etməli və ona ciddi riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar. Meşə təsərrüfatının rəhbər işçiləri, yanğınsöndürmə texnikalarını və vasitələrini, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini daim yoxlamalı, mütəmadi olaraq işçilərlə yanğından mühafizə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə əlaqədar məşqlər keçirməlidirlər. Meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən amillərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin yanğınsöndürmə vasitələrinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi də zəruridir.
    Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət məqsədilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməli, yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli, yanğının söndürülməsi üçün mövcud vasitələri təşkil etməlidirlər.
    Meşə sahələrində baş verən 10 yanğından 9-u odla ehtiyatsızlıqdan, meşədə iş və ya istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozmaları səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, meşədə və ya meşəətrafı sahələrdə yandırılmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qalması meşə yanğınlarına səbəb ola bilər. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğının törənməsinə səbəb ola bilər.
    Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin quru ot və odun qalıqlarından təmizlənməsi və meşə ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafının 15 metr radiusda şumlanması təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə yanar materiallardan təmizlənməli, meşələr yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.
    Ot-taxıl biçini mövsümündə tarlalarda və meşə massivlərində yuxarıda qeyd edilən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməklə, sağlamlığımızın mənbəyi olan meşələrimizin yanğından qorunmasını təmin edək!

    FHN DYNX-in Yanğına qarşı təbliğat şöbəsiшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:34 Masallılı heykəltəraş Vətən Müharibəsi Qəhrəmanının büstünü hazırlayıb
    2. 19:43 Masallıda şəhid Nurlan Əbilovun doğum günü qeyd edilib
    3. 14:09 Masallıda şəhidlərin xatirəsinə həsr olunmuş virtual kompozisiya nümayiş olunub
    4. 11:46 Peyvənd sertifikatı
    5. 11:43 COVİD-19 pandemiyasına qarşı Azərbaycanda həyata keçirilən vaksinasiya
    6. 21:45 Masallı Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya
    7. 21:28 Masallıda COVID-19 pasportu olmayanlar toylara buraxılmayıblar
    8. 19:54 Masallıda şəhid Sübhan Həsənovun doğum günü qeyd olunub
    9. 15:42 Masallılı güləşçi dünya ikincisi oldu
    10. 12:53 Masallıda Gənclər və İdman Nazirliyinin yaranma günü ilə bağlı tədbir
    11. 12:38 Azərbaycan iqtisadiyyatının inkişafı
    12. 12:37 Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutu deməkdir
    13. 16:42 Enerji təhlükəsizliyinin təmin olunması
    14. 16:41 İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması istiqamətində fəal işlər görülür
    15. 16:01 Masallının Boradigah qəsəbəsində uşaq-əyləncə mərkəzi yaradılır
    16. 21:17 Masallıda 22 İyul – Milli Mətbuat Günü
    17. 18:41 Masallıda tədbir – "Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi"
    18. 18:25 Masallıda Qurban payları paylanılıb
    19. 20:30 Prezident İlham Əliyev rusiyalı həmkarı ilə görüşüb
    20. 15:53 Masallıda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb
    21. 20:47 Şuşada vəhdət və birlik əks olunur
    22. 14:20 "MƏTBUAT CƏMİYYƏTİN GÜZGÜSÜDÜR"
    23. 10:54 Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    24. 20:58 Masallıda uşaqlar üçün ustad dərsləri təşkil edilib
    25. 07:56 Masallıda taekvondo üzrə açıq rayon birinciliyi keçirilib
    26. 17:23 Masallı pəhləvanları Respublika turnirinin qalibidir
    27. 16:24 Şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunacaqlar
    28. 16:20 Qoşulmama hərəkatı
    29. 16:06 Mediamız yeni inkişaf mərhələsinə qədəm qoyur
    30. 12:21 Masallı RİH başçısı şəhərdəki abadlıq-quruculuq işləri ilə tanış olub
    31. 23:13 MÖCÜZƏ ALƏMİNİN BAL ƏTRİ…
    32. 21:25 Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib
    33. 15:57 Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub
    34. 15:45 Masallıda mayor Anar Novruzovun şəhid olmasının ildönümü qeyd olunub
    35. 22:22 “QƏHRƏMANLIQ QALASI”
    36. 18:26 Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda çıxışı təqdim olunub
    37. 17:55 Masallı şəhərində 22 küçənin asfaltlanması yekunlaşıb
    38. 18:06 Masallıda tütün yığımına başlanılıb
    39. 17:57 Masallıda indiyədək 39 min tondan çox tərəvəz istehsal olunub
    40. 17:50 Azərbaycanda Qurban bayramının qeyd edilməsi
    «    Avqust 2021    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ