• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Xüsusi qayğıya ehtiyacı olanda...

    Xüsusi qayğıya ehtiyacı olanda...

    Xüsusi qayğıya ehtiyacı olanda...


    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqlar üçün keçirilən şənlikdə iştirak edib

    Dekabrın 22-də Zirə Mədəniyyət Mərkəzində xüsusi qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum, qaçqın və məcburi köçkün ailələrindən olan və sağlamlıq imkanları məhdud uşaqlar üçün Yeni il şənliyi keçirilib.

    IDEA İctimai Birliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib.

    Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçılarının da qatıldıqları tədbirdə uşaqlar şənlənib, rəqs ediblər.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şənlikdə uşaqlarla əylənməsi, onlarla fotolar çəkdirməsi balacaları daha da ruhlandırıb.

    Leyla Əliyeva uşaqları təbrik edib, onlara uğurlar arzulayıb.

    Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçıları tədbirin təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Forum iştirakçıları Leyla Əliyevaya kəlağayı hədiyyə ediblər.

    Tədbirdə iştirak edən uşaqlara IDEA İctimai Birliyi tərəfindən Yeni il hədiyyələri təqdim olunub.

    Sonra uşaqlara Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzi haqqında məlumat verilib. Onlar Mərkəzin tədris otaqları, gimnastika zalı, art, foto-video studiyaları ilə tanış olublar. Burada sərgilənən qədim Azərbaycan xalçaları uşaqlarda xoş təəssürat yaradıb.

    Daha sonra IDEA-nın xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Quşlar cənnəti-Ağgöl Milli Parkı” sənədli filmi nümayiş etdirilib.

    Mərkəzin eko-parkını gəzən uşaqlara buradakı müxtəlif növ quşlar haqqında məlumat verilib.

    Tədbir çərçivəsində uşaqları yaşıllıqların qorunmasına cəlb etmək, onlarda kiçik yaşlardan təbiətə sevgi və qayğı hissini formalaşdırmaq məqsədilə Mərkəzin həyətində ağac və gül kolları əkilib.

    Bu tədbirin təşkil edilməsində məqsəd yaşlarından asılı olmayaraq fəal gəncləri ətraf mühit problemlərinin həllinə cəlb etmək, onların təbiətin mühafizəsi üçün mübarizəyə qoşulmalarına və bu sahədə liderlik qabiliyyətlərini inkişaf etdirmələrinə təkan verməkdir.
    Xəyalə Məmmədova, AZƏRTAC


     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:30 Masallıda iftar süfrəsi
    2. 21:18 Azərbaycan Prezidentinə yazırlar
    3. 17:08 Masallı RİH Başçısı 27.03.2024-cü il tarixdə Sərçuvar ərazisinin sakinləri ilə görüşdü
    4. 16:49 Prezident İlham Əliyevin cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbriki ilə əlaqədar
    5. 11:35 Şəhid Sahil Babayevin doğum günü qeyd edilib
    6. 16:47 Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə Prezident İlham Əliyev təbriki etmişdir
    7. 23:30 Novruz Qarabağa xalqımızla qayıtdı
    8. 16:27 "Erkən nikah və onun fəsadları" mövzusunda dəyirmi masa
    9. 16:20 Masallıda ənənəvi Novruz yardımı
    10. 12:14 Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
    11. 12:06 Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır
    12. 23:59 Novruz «təzə il» deməkdir !
    13. 23:00 Bu gün hər iki ölkə birgə səylərlə bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib
    14. 22:30 Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq
    15. 21:00 Novruz bayramı və rəmzləri
    16. 17:04 Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    17. 16:59 Masallıda “Sağlam, sosial və təhlükəsiz mühitin formalaşması” adlı silsilə təlimlər
    18. 16:55 Masallıda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunanların medallarının təqdim olunması
    19. 16:30 Novruz-Azərbaycan xalqının milli bayramıdır
    20. 12:30 Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı misilsiz xidmətlərindən biri də Novruzun yenidən xalqımıza qaytarılması olub
    21. 11:07 Bakı növbəti dəfə qlobal müzakirələrin platformasına çevirilib
    22. 23:30 Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur
    23. 23:30 Rayon rəhbərinin 15 mart 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    24. 00:33 Novruz bizim ən qədim milli bayramımızdır
    25. 19:01 “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır”
    26. 18:58 Masallı rayonunda «Aqrar biznes festivalı» keçirilib
    27. 13:37 Prezident İlham Əliyev Alman İqtisadiyyatını Şərq Komitəsinin Sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür
    28. 13:16 Bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk
    29. 18:01 Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Masallıda vətəndaşlarla görüşəcək
    30. 14:30 Avropa reallığı dərk etməlidir
    31. 14:13 Ölkələrarası əlaqələrin inkişafına böyük töhfələr verən Azərbaycan
    32. 23:30 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər
    33. 23:30 Prezident İlham Əliyevi Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixail Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür
    34. 20:11 Güllütəpə ərazisində ağacəkmə kampaniyası keçirildi
    35. 12:18 Özünü əsgərlərinə sipər edən zabit
    36. 12:54 Ölkəmizdə apardığı islahatlar Azərbaycanı daha da gücləndirir
    37. 12:44 Azərbaycan Prezidentinə yazırlar
    38. 12:40 Qəhrəmanların ömür yolu əbədidir
    39. 12:37 Azərbaycanda Ramazan ayı başlayıb
    40. 12:26 Dünya çempionu, XTQ zabiti
    «    Mart 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ