Главная > Mədəniyyət > Masallıda - tarixi tikilinin yerləşdiyi ərazidə təmizlik aksiyası

Masallıda - tarixi tikilinin yerləşdiyi ərazidə təmizlik aksiyası


9-05-2021, 20:30. Разместил: admin44
Masallıda - tarixi tikilinin yerləşdiyi ərazidə təmizlik aksiyası

Masallıda mədəniyyət işçiləri və könüllü gənclərin birgə səyi ilə XIX əsrə aid tarixi hamamın yerləşdiyi ərazidə təmizlik işləri aparılıb.
Əvvəlcə, mayın 6-da Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhərin mərkəz hissəsində yerləşən tarixi abidəyə baxış keçirib. Rəis binanın vəziyyəti ilə tanış olandan sonra ərazidə abadlıq işlərinin aparılması ilə bağlı təşəbbüs irəli sürüb.
Mayın 9-da isə İdarənin rəisi B. Qılıncov, əməkdaşları, mədəniyyət işçiləri və gənc könüllülərin iştirakı ilə binanın daxilində, ətraf ərazidə təmizlik işlərinin görülməsi məqsədilə aksiya təşkil edilib. Aksiya ərzində ərazi tullantılardan, daş qalaqlarından və alaq otlarından təmizlənib.
Qeyd edək ki, XIX əsrdə inşa olunmuş tarixi hamam ötən əsrin sonlarınadək şəhər sakinlərinə xidmət göstərib.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад