Главная > Səhiyyə > Koronavirusun profilaktikası çərçivəsində Masallıda reydlər davam etdirilir

Koronavirusun profilaktikası çərçivəsində Masallıda reydlər davam etdirilir


1-07-2020, 20:20. Разместил: admin44
Masallıda karantin rejiminə ciddi nəzarət var 

Masallı Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsinin birgə təşkilatçılığı ilə reydlər keçirilir.
Masallı şəhərinin giriş və çıxışlarında 10 stasionar post qurulub, 16 patrul xidməti avtonəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət edir.
Reydlər zamanı karantin qaydalarını pozan vətəndaşlara polis əməkdaşları tərəfindən ciddi xəbərdarlıq edilir, xəbərdarlığa əməl etməyən vətəndaşlar barəsində protokol tərtib edilərək cərimə tətbiq olunur.
Belə ki, 29-30 iyun 2020-ci il tarixdə rayon ərazisində 127 nəfər vətəndaşla yoxlama aparılmış, 7 nəfərin maskasız olması müəyyən edilmiş, onlara xəbərdarlıq olunmuşdur.
Keçirilən reydlər zamanı rayon ərazisində ümumilikdə 1271 nəfər vətəndaşla yoxlama aparılmış, 64 nəfərin maskasız, 58 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi müəyyən olunmuşdur. Habelə 121 nəfərinə xəbərdarlıq olunmuş, 20 nəfər isə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək cərimə olunmuşdur.

“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад