• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edib

    Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edib

    Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edib

    Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 75 il keçir.
    Yeniheyet.az President.az-a istinadən xəbər verir ki, bu münasibətlə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.
    Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhramanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 123 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
    Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu qələbədə Azərbaycan nefti həlledici əhəmiyyət kəsb edib. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub.
    Böyük Vətən Müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Amma 1992-ci ildə Xalq Cəbhəsi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May bayramını ləğv etmişdi və veteranlar mənəvi terrora məruz qalmışdılar. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi, onları “xalqımızın qızıl fondu” adlandırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır, 9 may - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir.
    Böyük Vətən Müharibəsi bizim şanlı tariximizdir. O dəhşətli müharibədə misilsiz şücaətlər göstərən qəhrəman oğul və qızlarımız bu gün də hörmətlə xatırlanır və 75 il keçsə də onların qazandığı tarixi Qələbə öz əhəmiyyətini itirmir.

     

     

     

     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:09 Masallıda şəhidlərin xatirəsinə həsr olunmuş virtual kompozisiya nümayiş olunub
    2. 11:46 Peyvənd sertifikatı
    3. 11:43 COVİD-19 pandemiyasına qarşı Azərbaycanda həyata keçirilən vaksinasiya
    4. 21:45 Masallı Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya
    5. 21:28 Masallıda COVID-19 pasportu olmayanlar toylara buraxılmayıblar
    6. 19:54 Masallıda şəhid Sübhan Həsənovun doğum günü qeyd olunub
    7. 15:42 Masallılı güləşçi dünya ikincisi oldu
    8. 12:53 Masallıda Gənclər və İdman Nazirliyinin yaranma günü ilə bağlı tədbir
    9. 12:38 Azərbaycan iqtisadiyyatının inkişafı
    10. 12:37 Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutu deməkdir
    11. 16:42 Enerji təhlükəsizliyinin təmin olunması
    12. 16:41 İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması istiqamətində fəal işlər görülür
    13. 16:01 Masallının Boradigah qəsəbəsində uşaq-əyləncə mərkəzi yaradılır
    14. 21:17 Masallıda 22 İyul – Milli Mətbuat Günü
    15. 18:41 Masallıda tədbir – "Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi"
    16. 18:25 Masallıda Qurban payları paylanılıb
    17. 20:30 Prezident İlham Əliyev rusiyalı həmkarı ilə görüşüb
    18. 15:53 Masallıda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb
    19. 20:47 Şuşada vəhdət və birlik əks olunur
    20. 14:20 "MƏTBUAT CƏMİYYƏTİN GÜZGÜSÜDÜR"
    21. 10:54 Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    22. 20:58 Masallıda uşaqlar üçün ustad dərsləri təşkil edilib
    23. 07:56 Masallıda taekvondo üzrə açıq rayon birinciliyi keçirilib
    24. 17:23 Masallı pəhləvanları Respublika turnirinin qalibidir
    25. 16:24 Şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunacaqlar
    26. 16:20 Qoşulmama hərəkatı
    27. 16:06 Mediamız yeni inkişaf mərhələsinə qədəm qoyur
    28. 12:21 Masallı RİH başçısı şəhərdəki abadlıq-quruculuq işləri ilə tanış olub
    29. 23:13 MÖCÜZƏ ALƏMİNİN BAL ƏTRİ…
    30. 21:25 Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib
    31. 15:57 Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub
    32. 15:45 Masallıda mayor Anar Novruzovun şəhid olmasının ildönümü qeyd olunub
    33. 22:22 “QƏHRƏMANLIQ QALASI”
    34. 18:26 Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda çıxışı təqdim olunub
    35. 17:55 Masallı şəhərində 22 küçənin asfaltlanması yekunlaşıb
    36. 18:06 Masallıda tütün yığımına başlanılıb
    37. 17:57 Masallıda indiyədək 39 min tondan çox tərəvəz istehsal olunub
    38. 17:50 Azərbaycanda Qurban bayramının qeyd edilməsi
    39. 20:58 Masallıda Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar tədbir keçirilib
    40. 21:00 Masallıda şənlik mərasimində pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub
    «    Avqust 2021    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ