• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Cəbrayıl sakini: “Hiyləgər, məğlub düşmənin “sudan quru çıxmaq” cəhdi əbəsdir”

    Cəbrayıl sakini: “Hiyləgər, məğlub düşmənin “sudan quru çıxmaq” cəhdi əbəsdir”

    Cəbrayıl sakini: “Hiyləgər, məğlub düşmənin “sudan quru çıxmaq” cəhdi əbəsdir”

    Sentyabrın 27-dən etibarən Ermənistanın növbəti təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsində rəşadətli Ordumuz demək olar ki, hər gün qələbə xəbərlərilə bizi sevindirməkdədir.
    Uğurlu əks-həmlə əməliyyatları nəticəsində digər ərazi və yüksəkliklərlə yanaşı Cəbrayıl şəhəri və rayonun 55 kəndi, Xudafərin körpüsü düşmən işğalından azad olunub.
    Odur ki, xalqımızla birgə cəbrayıllılar da böyük sevinc içindədir. Masallı rayonunun Şərəfə kəndində məskunlaşan Əli Hüseynovun ailəsi 27 ildir ki, həsrətində olduqları Cəbrayıl rayonunun Əmirvarlı kəndinə qayıda biləcəklər. Ailənin başçısı Əli kişi ilə görüşüb bu tarixi hadisə barədə fikir və düşüncələrini qələmə almağa çalışdım.
    66 yaşlı müsahibim ilk ənənəvi sualımı bu cür cavablandırdı: “Cəbrayıl şəhəri işğal olunmuşdu. Arazboyu kəndlər qalmışdı. Üç tərəfdən mühasirədəydik. Çıxış yolumuz təkcə Xudafərin körpüsündən idi. Camaat İrana keçməklə canını qurtarmağa çalışırdı. Həyat yoldaşımı üç azyaşlı uşaqla (5 yaşlı oğlum və 7-8 yaşlı iki qızımla) Azərbaycan tərəfə ötürdükdən sonra mən atamla aşağı kənddə, İranla həmsərhəd ərazidə qaldıq. Deyirdilər ki, Arazboyu kəndlər istiqamətindən ordumuz hücuma keçəcək, mühasirəni yaracağıq. Ümidimiz vardı, gözləyirdik. Yuxarı tərəflərdə ermənilərlə ara-sıra atışmalar olsa da, hələ ki, qarşı tərəf hücuma keçmirdi. Bizimkilərdən isə xəbər-ətər çıxmadı ki, çıxmadı. Gözümüz arxada qala-qala, kəndimizə baxa-baxa ayrıldıq...
    İrandan keçməklə əvvəlcə İmişli rayonuna, sonra Masallıya gəldik.
    Biz gələndən sonra, noyabrın 24-də Xudafərin kəndi və körpülər işğal olundu.”
    Ə.Hüseynov sözünə davam edərək bildirdi ki, Masallıda, Şərəfə kəndində məskunlaşdıqdan sonra “Sabir” adına sovxozda işləməyə başladım. Sonradan isə şəxsi heyvandarlıq təsərrüfatı ilə məşğul oldum. Övladlarım burda ailə qurublar. Özümə dəbdəbəli ev də tikmədim. Bilirdim ki, gec-tez yurdumuza qayıdacağıq. Heç nəyim olmasın, təki gedim o quru torpaqda əyləşim.
    İlk andan diqqətimi zəhmətkeş insan kimi cəlb edən bu insan xatirələrini dilə gətirdikcə həm kövrəlir, həm sevinirdi. Hiss edirdim ki, bu mövzuda danışmaq onunçün nə qədər ağrılı və dəhşətlidir. Əli kişi bu hissləri məndən gizlətməyə çalışsa da nəzərimdən qaçmırdı. O, isə arxada qalan, doğma ocaqla bağlı 39 illik yaddaşını təzələməyə cəhd edirdi: “Doğma kəndimizin düşməndən azad edildiyi gün nə dərəcədə sevinc hisslərini yaşadımsa, onu sözlə ifadə etmək olmaz. Hələ müharibənin ilk günündə azad olan əraziləimiz sırasında Böyük Mərcanlının adı çəkiləndə, yəqin etdim ki, yaxın vaxtda kəndimizin də xoş xəbərini eşidəcəyik. 27 ildir ki, bu günü gözləyirdik. Bir an olsun belə Əmirvarlını unutmadım. Düzən yerdə, eyni zamanda dəmir yolu və Laçın-Kəlbəcər yolunun üstündə yerləşən kəndimizin üst tərəfi nisbətən çılpaq dağlardır. 4-5 kilometr uzaqlıqda yerləşən bulaqdan həyətlərə borular vasitəsilə su çəkmişdik. Yan Təpə ərazisində otlaq sahələrimiz vardı. Evin tək övladı olmuşam. “28 may” sovxozunda yem və taxılçılıq briqadiri işləyirdim. Buğda, arpa əkirdik. Qismən maili – sulu, münbit torpaq sahələrində üzüm plantasiyaları salınmışdı. Süfrə və texniki sortlar yetişdirirdik. Atam Məhəmməd kişi (1934-2006) şəxsi təsərrüfatında xirda və iri mal-qara bəsləyirdi. Heyvanların qış yatağı Diridağda idi. Atam çox vaxt Xudafərin kəndində qalardı. Kirayə ev tutmuşdu. Dördüncü sinfi də orda oxumuşam. Min ilə yaxındır təbii qayalar üzərində qərar tutan Xudafərin körpüsünün altından, Arazdan su götürərdik.”
    Dərd kimi sevinc hissləri də dilsiz olur. Yəni tam ifadə etməkdə çətinlik çəkirsən. Əli kişi danışdıqca qulaq asmağa, bütün gizlinlərə aydınlıq gətirməyə çalışırdım.
    —89 yaşlı anam Həsiyyə Məmmədovanın, ömür-gün yoldaşımın, övlad və nəvələrimin arzusu tezliklə doğma ata-baba ocağına qayıtmaq, orada qurub-yaratmaqdır. Sevinirik ki, möhtərəm Prezi­dentimiz İlham Əliyevin köməyilə işğaldan azad edilmiş yurd-yuvamızda yenidən xoşbəxt, firavan həyat sürəcəyik. Hətta Masallıdakı qonşularım da deyir ki, biz də sizinlə gələcəyik Cəbrayıla, görək o tərəflər necədir?
    Şərəfəlilər kimi əmirvarlılar da qonaqpərvərdir.
    Söhbət əsnasında o, bəzi nüansları, narahatlığını da dilə gətirdi: “Bu gün qarşımızda tab gətirməyib qaçan azğın düşmənə heç vəchlə fürsət verməməliyik. Onların xisləti belədir – bir üzü mələk, bir üzü şeytan. İşləri çətinə düşəndə ikiqat əyilər, qəddi düzələn kimi ilana çevrilər. Aman verməməliyik ki, əl-qolları açılsın.”
    Sonda müsahib böyük Qələbəyə əminliyini belə ifadə etdi: “Düşmən bilir ki, artıq onların oyunu bitib. Məğlub Ermənistanın fantaziyası, “sudan quru çıxmaq” cəhdi bir nəticə verməyəcək. Bu kimi fikirləri ölkə rəhbərimiz oktyabrın 20-də xalqa müraciətində də bildirdi: “Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü.”
    Gənclərimiz orduya könüllü yazılır. İgid oğullarımız düşmən üzərinə qorxmadan şığıyırlar. Çünki inamları, güvənləri möhkəmdir. Bu cür güclü dövləti, ölkə rəhbəri olan əsgər nədən çəkinsin ki? Hətta mənim kimi yaşlılar da Vətənin səsinə hay verərək qalan torpaqlarımızı yağı tapdağından azad etməyə hazırdır.  
    Əminəm ki, Ali Baş Komanda­nın başçılığı ilə işğal altında olan digər rayon və kəndlərimiz də yağılardan azad ediləcək. Yolumuz Şuşaya, Xankəndinədir...”

    AKİF AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:51 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
    2. 18:32 Masallının Tüklə ərazisində xeyriyyə işləri davam etdirilir
    3. 18:08 Fermer Hadı İsmayılov: Çiyələk yığılır, kartof sahələri becərilir
    4. 15:16 Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    5. 17:59 Masallının mədəniyyət işçiləri şəhid ailələri və müharibə iştirakçısını ziyarət ediblər
    6. 17:34 Masallı gəncləri Ulu Öndərin məzarını ziyarət ediblər
    7. 16:03 Masallı gəncləri İkinci Fəxri Xiyabanı ziyarət ediblər
    8. 15:48 Masallının Bala Kolatan kəndində «Şəhidlər bulağı»nın aşılışı
    9. 15:22 Masallıda “Qəhrəmanlar Parkı”nın yenidənqurmadan sonra açılışı
    10. 14:50 Masallının Ərkivan qəsəbəsində uşaq bağçasının təməli qoyulub
    11. 14:38 Masallıda Ulu Öndərin xatirəsi böyük ehtiramla yad edilib
    12. 11:00 Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
    13. 09:49 “İgid babaların qəhrəman nəvələri“
    14. 20:30 Masallıda - tarixi tikilinin yerləşdiyi ərazidə təmizlik aksiyası
    15. 15:57 Körpə fidanların Ulu Öndər sevgisi
    16. 15:48 “Breyn rinq” bilik yarışı üzrə Masallı birinciliyi
    17. 15:25 Masallıda Ulu Öndərin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası
    18. 14:30 Masallının Birinci Yeddioymaq kəndində Şəhidlər Parkı salınıb
    19. 14:00 Masallının Öncəqala kəndində “Qarabağ şəhidləri” abidə-kompleksinin açılışı
    20. 13:00 Prezident iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edib
    21. 19:32 Masallı rayon rəhbərliyi Böyük Vətən Müharibəsi iştirakçılarını ziyarət edib
    22. 19:05 “ŞUŞA MƏDƏNİYYƏTİMİZİN PAYTAXTIDIR”
    23. 14:32 Masallıda “Qəhrəmanlarımızı tanıdaq" layihəsinin növbəti qonağı Xətai İmanov olub
    24. 21:25 Masallıda veteran rabitəçi evində ziyarət olunub
    25. 20:19 Masallıda Beynəlxalq Ailə Günü ilə əlaqədar tədbir keçirilib
    26. 19:59 Masallının "Qəhrəmanlar Parkı" yenidən qurulub
    27. 19:42 Masallıda İctimai Şuraya Seçki keçirilib
    28. 18:46 Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək
    29. 16:35 Masallı gəncləri “Nə? Harada? Nə zaman?” oyununda 3-cü yeri tutublar
    30. 16:07 Masallı MKTİB-yə yeni rəis təyin olunub
    31. 13:55 Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    32. 13:32 AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
    33. 20:16 Masallı şəhərində abadlıq işləri davam edir
    34. 20:08 “Tarixi şəxsiyyət, əbədiyaşar lider”
    35. 16:30 Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib
    36. 15:53 Masallı Dövlət Regional Kollecində Ulu Öndərin 98-ci ildönümü
    37. 10:26 Masallıda "Heydər Əliyev və Azərbaycan" mövzusunda əl işi sərgisi keçirilir
    38. 10:15 Şəhid Anar Novruzovun xatirəsinə şahmat turniri keçiriləcək
    39. 20:00 Masallıda “Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda onlayın tədbir keçirilib
    40. 13:42 “Ömrünü xalqına bəxş etmiş insan”
    «    May 2021    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    DÜNYA XƏBƏRLƏRİ