• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev: Regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi

    Prezident İlham Əliyev: Regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi

    Prezident İlham Əliyev: Regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi 

    Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş
    Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
    Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.
    10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi.
    Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib.
    Rusiya tərəfi üçtərəfli razılaşmalara əməl olunmasına görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib.
    Görüşün yekunu olaraq bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzalanıb.
    Tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə ediblər.
    Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar.
    Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər.
    İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb.
    Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur.
    Prezidentin görüşdən sonra verdiyi bəyanatda səsləndirdiyi əsas müddəlar:
    • Kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir;
    • Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək;
    • Dağlıq Qarabağ konflikti keçmişdə qalıb və indi gələcək haqqında düşünmək lazımdır.
    Prezident İlham Əliyev: Regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi.
    Prezident İlham Əliyev: Biz nəticə əldə etmək, sentyabrda - noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik.
    Prezident İlham Əliyev: Qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar.
    Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb.
    Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə nail olub. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı.
    Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir.
    Bu, faktiki olaraq “Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir.
    Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəi olacaq.
    Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtsadi əhəmiyəti artacaq.
    Prezident açılacaq kommunikasiya xətlərinin region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı təklifinin qüvvədə olduğunu xatırlatmış oldu.
    Xüsusi qeyd etmək gərəkdir ki, Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi görüşün pozulmasına çalışır, Paşinyanı görüşə gəlməməyə çağırırdı.
    Paşinyan hökuməti də erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyirdi.
    Erməni diplomatiyası Minsk qrupu formatında danışıqların bərpasında maraqlıdır, bu məqsədlə görüş barədə Fransa prezidenti Makrona xəbər sızdırılmış, görüşün Rusiyanın yarıməxfi şəkildə keçirmək cəhdləri əngəllənmişdi.
    Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı.
    Lakin bu cəhdlər heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda da bir daha üstünlük qazandı, danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi.
    Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir.
    Paşinyanın iddiaları fonunda Moskva görüşünü Ermənistan üçün növbəti fiasko saymaq olar.
    O, mətbuata açıqlamasında erməni diversantlarını-terrorçularını azad etmək mümkün olmadığından görüşün nəticələrindən məyus olduğunu gizlətməyib.
    İkinci Qarabağ müharibəsinədək 30 il ərzində aparılan danışıqlar Azərbaycan üçün nəticəsiz diplomatik prosedur idi. Qarabağ problemi hərbi yolla həllini tapdıqdan sonra artıq rollar dəyişib - Ermənistan özü üçün uğursuz və nəticəsiz danışıqlarda iştirak etməyə məcburdur.
    Danışıqların gedişində və mətbuat konfransı zamanı Azərbaycan Prezidenti özünü qalib dövlətin rəhbəri kimi aparır, “bədən dili” ilə də qalibiyyət mesajları verirdi.
    Paşinyan isə öz məğlub ampluasında, gərgin psixoloji vəziyyətdə idi.
    Azərbaycanın radikal müxalifətinin görüş ətrafında qaldırdığı ajiotaj da diqqət çəkdi.
    Paşinyan da Minsk qrupu formatının bərpasına çalışır, Azərbaycan müxalifəti də.
    Radikal müxalifət iddia edirdi ki, Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, Rusiya hərbi mövcudluğunu gücləndirəcək.
    Halbuki rus mediası Azərbaycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılşamasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi.
    Görüşün yekunları bir qrup antimilli elementin qazanılmış qələbənin əhəmiyyətini kiçiltmək cəhdlərinin puçluğunu bir daha ortaya qoydu.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:24 Prezident İlham Əliyevin Rusiya dövlətinə rəsmi səfərləri ölkələrimiz arasında dostluq və tərəfdaşlığa töhfələr verir
    2. 23:30 Masallıda “Məktəbəqədər təhsil” layihəsinin açılışı baş tutdu
    3. 23:30 Masallı kitabxanasının 100 illik yubileyi
    4. 09:48 Masallıda görkəmli bəstəkarın yubiley tədbiri keçirilib
    5. 19:19 İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
    6. 19:17 İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib
    7. 19:13 Azərbaycan Prezidentinə yazırlar
    8. 19:09 Masallı şəhərində ağacəkmə aksiyası təşkil olundu
    9. 21:13 Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir
    10. 19:11 Masallıda özünəməşğulluğa cəlb edilmiş şəxslər barədə
    11. 19:04 Masallıda “Təbii fəlakətlər zamanı əhalinin davranışı və onların hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir
    12. 19:00 Rayon rəhbərinin 19 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    13. 12:14 Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır
    14. 23:00 Rayon ərazisində asfalt örtüyündə təmir işləri aparılır
    15. 22:30 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin yığıncağı
    16. 21:00 Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir
    17. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    18. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    19. 23:30 Yenidən qurulacaq Şirvan suvarma kanalı bu sahəyə yeni nəfəs gətirir
    20. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    21. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    22. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    23. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    24. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    25. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    26. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    27. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    28. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    29. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    30. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    31. 16:28 Masallı RİH Başçısı 09.04.2024-cü il tarixdə Təklə ərazisinin sakinləri ilə görüşdü
    32. 22:30 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    33. 16:07 Masallıda bayram öncəsi yollarda təmir işləri
    34. 16:04 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    35. 15:31 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    36. 09:44 Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin ədalət prinsipi
    37. 23:00 Masallıda Ramazan bayramı sovqatı
    38. 21:30 Prezident İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu -Nqessunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar bəyənatı
    39. 22:30 Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur
    40. 16:58 YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüşü keçirilib
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ