• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Akif Ağayev: KREMLDƏ HAZIRLANMIŞ ÖLÜM PLANI

    Akif Ağayev: KREMLDƏ HAZIRLANMIŞ ÖLÜM PLANI

      Ağrılı xatirələr 

    Akif Ağayev: KREMLDƏ HAZIRLANMIŞ ÖLÜM PLANI
     
    Azadlıq və müstəqillik tariximizə qanla yazılan o müdhiş gecədən, qırğından qaça bilməzdik. Onsuz da bu işi öz öhdəsinə götürənlər məqsədlərinə nail olacaqdılar.
    Bu ölüm planı Kremldə hazırlanmışdı. Azərbaycanda “qanun-qayda” yaratmaq qərarına gəlmişdilər...
    Həmin şənbə gecəsi marşal Yazov Bakını vertolyotdan seyr edirmiş. İnsan qırğınını belə soyuqqanlıqla müşahidə edən militarist hərbçini insani baxımdan xarakterizə etmək elə də çətin deyil. Çünki fövqəldövlətin hərbi qüvvələrinin rəhbəri, xalqa divan tutmaq komandasını verən o idi.
    Səhər isə general Dubinyak şəhərin komendantı kimi Bakıda fövqəladə vəziyyət elan edildiyini bildirdi – vertolyotdan üstümüzə səpələdiyi vərəqələr vasitəsilə. Bu zaman biz Mərkəzi Komitənin binası qarşısında – başı dəbilqəli, əli dəyənəkli yekəpər rus əsgərlərinin sıx cərgəsilə “hasarlanmış” izdihamda idik. Ötüb keçən tankların gurultusu, Salyan kazarmasında hələ də səngiməyən “döyüş”lər, əsgərlərin havaya açdığı atəş sədalarının vahiməsi adamı basdıqca intiqam hissini coşdururdu.
    Burdakı insanlar Dağüstü parka – məzarlar qazılan əraziyə axışırdı. Adamların çoxluğu, işləmək istəyənlərin yaratdığı növbələr məzarların qazılmasına mane olurdu. Tələbələr üstünlük təşkil edirdi. Qrup və “patok” yoldaşlarımdan da bir neçəsi burda idi. Az da olsa bir müddət onlara kömək etdim. Çünki o qədər alət (ling, balta, lapatka, bel və s.) gətirilmişdi ki, sıxlıqdan işləmək mümkün deyildi. Şəhidlərin ruhu rahatlansın deyibən min bir əzaba qatlaşan insanlar sanki dırnaqları ilə yeri didib dağıdırdı. Qazıntılar zamanı 1918-ci il şəhidlərinin sümüklərinin çıxması (bu sümüklər ayrıca dəfn edilirdi) hər kəsi həyəcana gətirir, düşmənə qarşı nifrəti alovlandırırdı.
    SSRİ-nin mərkəzi qəzetləri isə yazırdı ki, guya gecə saat 3-də qoşun şəhərə girərkən şiddətli müqavimətə rast gəlib, evlərin üstündən rus əsgərləri atəşə tutulub, onlar da məcbur olub cavab atəşi açıblar...
    Yanvarın 22-də səhər saat 9-dan Azadlıq meydanı və ona bitişik küçə, prospektlər, bulvar, idarə və evlərin qarşısı, damları, eyvanları adamla dolu idi. Vətən şəhid övladları ilə vidalaşırdı. Məsciddə yuyulduqdan sonra cənazələr Azadlıq meydanına gətirilirdi. Saçını yolan qadınların nalə, fəryadı, doğma Xəzərin harayı – gəmilərin aramsız, həyəcanlı fit səsi göyə bülənd olur, matəm mitinqində canilərin cəzalandırılmasını tələb edən şüarlar səslənirdi. Yüzlərlə partiyaçı və komsomolçu üzvlük biletlərini cırıb atırdı.
    Saat 12-də matəm alayı yola düşdü – ötən əsrin əvvəllərindən bəri xatirəsini əziz tutduğumuz Dağüstü parka tərəf. İzdihama qoşularkən otaq yoldaşım Rövşənlə ard-arda addımlayırdıq ki, bir-birimizi itirməyək. Əmim Rafiq isə boyca bizdən hündür olduğundan şəhid Əflatun Kazımovun cənazəsinə girə bildi. İlk cənazənin önündə gedən şeyxülislam Hacı Allahşükür Paşazadə və digər din xadimləri şəhidlərin ruhuna Qurani-Kərim ayələri oxuyur, yolboyu yüz minlərlə adam qatillərə lənət yağdırırdı. Respublikanın ictimai, elm və mədəniyyət xadimləri də ön sırada idi. Yollara qərənfillərdən xalı döşənmiş, nakam gənclərin al-əlvan xonçalarla bəzədilmiş tabutları gül çələnginə bürünmüşdü. Dərd yükümüzü çiyin-çiyinə ötürərək şəhidlər xiyabanına yaxınlaşdıqca izdihamın hıçqıran göz yaşları daha üsyankarcasına kükrəyirdi. Həmin gün bu müqəddəs məkan 50-dən artıq şəhidi öz qoynuna aldı (yanvarın 20-21-də isə Bakı ətrafı kəndlərdən və bir çox rayonlardan olan şəhidlərin nəşi ata-baba yurdunda, bəzisi isə şəhərdə ailə məzarlığında torpağa tapşırılmışdı). Dəfn mərasimində xalqın kütləvi iştirakını görəndə (milyondan artıq insan var idi) başa düşdük ki, dünənki çarpışmada əsl uduzan imperiya oldu.
    Axşam saatlarında evə döndük. Kirayədə qaldığımız ünvana az qalmış (indiki Nəsimi RPŞ-nin binasının aşağı tərəfində) əsgərlər bizi saxladı. Əmr etdilər ki, üzümüzü divara çevirib, əllərimizi yuxarı qaldıraq. Üstümüzü yoxlayıb silahımız (hətta üstündə sənədi olmayanları, cibindən kiçik bıçaq çıxanları həbs gözləyirdi) olmadığına əmin oldular. Xeyli rahatlandıq, elə bil nədənsə xilas olmuşduq. Amma sevinə bilmirdik. Məndən bir az aralı dayanan oğlanın ayaqlarına təpiklə elə vurdular ki, paltarı cırıldı, yerə yıxıldı. Arada elə olurdu ki, kimisə qorxutmaq üçün avtomatın çaxmağını çəkib barmağı tətiyə qoyur, sanki bizi gərginlikdə saxlamaqdan həzz alırdılar. Küçələrin hər tinində zirehli texnika dayanmışdı. Odur ki, yanlarından keçəndə dönüb sifətlərinə baxmaq da təhlükəli idi...
    Dəfn axşamı paytaxtın səmasını alan qara buludlar boşaldı. Şəhid olmuş yurddaşlarımıza təbiət də ağlayırdı... 
     
     AKİF AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    2. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    3. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    4. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    5. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    6. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    7. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    8. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    9. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    10. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    11. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    12. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    13. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    14. 16:28 Masallı RİH Başçısı 09.04.2024-cü il tarixdə Təklə ərazisinin sakinləri ilə görüşdü
    15. 22:30 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    16. 16:07 Masallıda bayram öncəsi yollarda təmir işləri
    17. 16:04 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    18. 15:31 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    19. 09:44 Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin ədalət prinsipi
    20. 23:00 Masallıda Ramazan bayramı sovqatı
    21. 21:30 Prezident İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu -Nqessunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar bəyənatı
    22. 22:30 Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur
    23. 16:58 YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüşü keçirilib
    24. 16:51 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası
    25. 21:00 Aprel döyüşlərinin şəhidi Nurlan Bayram oğlu Əsgərlinin 8-ci ildönümü
    26. 16:28 Rayon rəhbərinin 05 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    27. 15:35 “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri” mövzusunda seminar
    28. 08:41 Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub
    29. 23:00 Masallıda iftar süfrəsi
    30. 22:00 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü
    31. 09:13 “Zəfərə gedən yol” – Masallıda tədbir
    32. 17:06 Azərbaycan Prezidentinə yazırlar
    33. 17:03 Masallıda növbəti ümumrayon ağacəkmə aksiyası
    34. 16:56 Masallı RİH Başçısı 03.04.2024-cü il tarixdə İkinci Yeddioymaq ərazisinin sakinləri ilə görüşdü
    35. 11:42 MASALLIDA YOLLAR TƏMİR OLUNUR
    36. 11:37 Masallıda noxud əkini sahələri genişləndirilir
    37. 11:15 ELAN
    38. 11:00 Böyük Zəfərə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin səkkizinci ildönümüdür
    39. 09:21 Göydən düşən müdirlər
    40. 10:57 XX əsr tarixinin ən faciəli və dəhşətli səhifəsi
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ