• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

    Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

    Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə deyilir:
     
    “Hörmətli həmvətənlər!
    Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram.
    Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə töhfəsidir.
    Yaz bayramının Odlar diyarına builki gəlişi xüsusən əlamətdardır. Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.
    Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.
    İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik.
    Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Bu bayram öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!
    Novruz bayramınız mübarək olsun!"шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:10 "Ritual Mobil Teatr Laboratoriyası" beş günlük Masallıdadır
    2. 18:49 Masallının Qarğalıq kəndində “Şəhidlər bulağı” istifadəyə verilib
    3. 18:25 Masallıda Vətən Müharibəsi iştirakçılarına "Füzulinin azad olunmasına görə" medalı təqdim edilib
    4. 13:44 Masallıda “Unudulmaz tarix” adlı sərginin bağlanış mərasimi keçirilib
    5. 20:34 Masallılı heykəltəraş Vətən Müharibəsi Qəhrəmanının büstünü hazırlayıb
    6. 19:43 Masallıda şəhid Nurlan Əbilovun doğum günü qeyd edilib
    7. 14:09 Masallıda şəhidlərin xatirəsinə həsr olunmuş virtual kompozisiya nümayiş olunub
    8. 11:46 Peyvənd sertifikatı
    9. 11:43 COVİD-19 pandemiyasına qarşı Azərbaycanda həyata keçirilən vaksinasiya
    10. 14:16 Masallı şəhərindəki Qəhrəmanlar Parkı yenidən qurulur
    11. 21:45 Masallı Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya
    12. 21:28 Masallıda COVID-19 pasportu olmayanlar toylara buraxılmayıblar
    13. 19:54 Masallıda şəhid Sübhan Həsənovun doğum günü qeyd olunub
    14. 15:42 Masallılı güləşçi dünya ikincisi oldu
    15. 12:53 Masallıda Gənclər və İdman Nazirliyinin yaranma günü ilə bağlı tədbir
    16. 12:38 Azərbaycan iqtisadiyyatının inkişafı
    17. 12:37 Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutu deməkdir
    18. 16:42 Enerji təhlükəsizliyinin təmin olunması
    19. 16:41 İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması istiqamətində fəal işlər görülür
    20. 16:01 Masallının Boradigah qəsəbəsində uşaq-əyləncə mərkəzi yaradılır
    21. 21:17 Masallıda 22 İyul – Milli Mətbuat Günü
    22. 18:41 Masallıda tədbir – "Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi"
    23. 18:25 Masallıda Qurban payları paylanılıb
    24. 20:30 Prezident İlham Əliyev rusiyalı həmkarı ilə görüşüb
    25. 15:53 Masallıda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb
    26. 20:47 Şuşada vəhdət və birlik əks olunur
    27. 14:20 "MƏTBUAT CƏMİYYƏTİN GÜZGÜSÜDÜR"
    28. 10:54 Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    29. 20:58 Masallıda uşaqlar üçün ustad dərsləri təşkil edilib
    30. 07:56 Masallıda taekvondo üzrə açıq rayon birinciliyi keçirilib
    31. 17:23 Masallı pəhləvanları Respublika turnirinin qalibidir
    32. 16:24 Şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunacaqlar
    33. 16:20 Qoşulmama hərəkatı
    34. 16:06 Mediamız yeni inkişaf mərhələsinə qədəm qoyur
    35. 12:21 Masallı RİH başçısı şəhərdəki abadlıq-quruculuq işləri ilə tanış olub
    36. 23:13 MÖCÜZƏ ALƏMİNİN BAL ƏTRİ…
    37. 21:25 Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib
    38. 15:57 Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub
    39. 15:45 Masallıda mayor Anar Novruzovun şəhid olmasının ildönümü qeyd olunub
    40. 22:22 “QƏHRƏMANLIQ QALASI”
    «    Avqust 2021    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ