• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda videokonfrans keçirilib

    “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda videokonfrans keçirilib

    “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda videokonfrans keçirilib

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda videokonfrans keçirilib.
    Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Lerik şəhər və rayonlarının icra hakimiyyətləri, idarə və müəssisələrinin nümayəndələri, o cümlədən din xadimlərinin qatıldığı videokonfransı giriş sözü ilə açan Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, dünyada zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri ilə tanınan xalqımız tarixən müxtəlif ictimai-siyasi quruluşlarda yaşamasına baxmayaraq, özünün mənəvi dəyərlərini qoruyub saxlayıb, ona ən qiymətli sərvəti kimi yanaşıb.
    Komitə rəsmisi qeyd edib ki, ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin zənginləşməsi istiqamətində önəmli addımlar atıb, bu sahədə yeni mərhələnin əsasını qoyub. Bu təməl üzərində Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına xüsusi diqqət və qayğı göstərilir. Hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən birini də milli-mənəvi dəyərlərə və tarixi-mədəni irsə bağlılığın möhkəmlənməsi, adət-ənənələrin qorunması, mədəni-tarixi abidələrin mühafizəsi, mənəvi irsin öyrənilməsi təşkil edir.
    Milli-mənəvi dəyərlərin ictimai şüurun formalaşmasında və həmrəyliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayan Səyyad Salahlı 44 gün davam edən ikinci Qarabağ müharibəsində qazanılan böyük zəfərdə bu ali dəyərlərin də xüsusi rol oynadığını bildirib. Diqqətə çatdırıb ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən daxili və xarici siyasəti, rəşadətli Ordumuzun gücü, xalqımızın milli ruh yüksəkliyi və milli-mənəvi həmrəyliyimizin vəhdəti nəticəsində 30 ilə yaxın müddət ərzində düşmən işğalı altında qalmış Qarabağ öz doğma sahiblərinə – xalqımıza qaytarıldı. Siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs Vətənimiz uğrunda bənzəri olmayan həmrəylik nümayiş etdirdi. Xalqın ölkənin liderinə dərin inamı, cəmiyyətimizdəki siyasi, milli və dini həmrəylik qələbəmizin təminatında çox mühüm rol oynadı.
    Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev bildirib ki, milli-mənəvi dəyərlər xalqı ayaqda tutan, onu formalaşdıran ayrı-ayrı etnosların və millətlərin həmrəylik içərisində yaşamasını və onların tarix səhnəsində vahid kimliklə təmsil olunmasını təmin edir. Bu dəyərlərimizin ən zəngin elementlərindən birinin də multikultural və tolerant ənənəmiz olduğunu qeyd edən şöbə müdiri vurğulayıb ki, respublikadakı dini müxtəlifliyin tolerant əsaslarının qorunub saxlanılması, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. O Vətən müharibəsində ölkəmizdə yaşayan bütün millətlərin, dinlərin nümayəndələrinin ərazi bütövlüyümüzün bərpası uğrunda istər ön cəbhədə olsun, istərsə də arxa cəbhədə əlindən gələni əsirgəməməsini dövlətin apardığı bu uğurlu siyasətin nəticəsi kimi dəyərləndirib.
    Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev tədbir iştirakçılarını İslam dininin müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək bildirib ki, heç şübhəsiz, builki Ramazan ayını qalib xalq kimi qeyd etdiyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. İllər öncə hüquqları pozulmuş, ərazilərinin 20 faizi əlindən alınmış, 1 milyondan çox əhalisi məcburi köçkün edilmiş xalqımız 30 ildən sonra Vətən müharibəsində qələbə qazanmaqla tapdanmış ədaləti bərpa etdi. Ceyhun Əliyev düşmən işğalından azad edilmiş Ağdam şəhərinə səfərini xatırladaraq vəhşi münasibət sərgilənmiş yaşayış yerləri və tarixi-mədəni abidələr, xüsusilə Ağdam Cümə məscidinin məruz qaldığı dəhşətli erməni vandallığı barədə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.
    Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov çıxış edərək bildirib ki, tarixin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərimiz xalqımızın formalaşmasında, öz milli dövlətini qurmasında ən önəmli amillərdəndir. Ulu öndər Heydər Əliyevin “Bizim mənəvi, islami dəyərlərimiz nəsillərdən, nəsillərə keçib, yaşayıb, gəlib bu günlərə çatıb. Bunlar bu gün də xalqımızın, millətimizin ən böyük sərvətidir” fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdıran M. Hüseynov tolerantlığa əsaslanan multikultural dövlət siyasətinin təməlinin də elə məhz Ümummilli Liderimiz tərəfindən atıldığını vurğulayıb.
    Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, Salyan Rayon Heydər Əliyev Mərkəzinin müdiri Nübar Bayramova, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Ayaz Hüseynov, Lənkəran rayonu Sütəmurdov kənd məscidinin imamı Fəxri Sadıqov milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu barədə danışaraq bildiriblər ki, tarixin ən çətin dövrlərində belə xalqımız öz milli-mənəvi dəyərlərini qoruyub saxlamağı, müqəddəs məqsədləri uğrunda birləşməyi, vəhdət olmağı bacarıb.

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:14 Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır
    2. 21:00 Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir
    3. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    4. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    5. 23:30 Yenidən qurulacaq Şirvan suvarma kanalı bu sahəyə yeni nəfəs gətirir
    6. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    7. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    8. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    9. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    10. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    11. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    12. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    13. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    14. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    15. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    16. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    17. 16:28 Masallı RİH Başçısı 09.04.2024-cü il tarixdə Təklə ərazisinin sakinləri ilə görüşdü
    18. 22:30 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    19. 16:07 Masallıda bayram öncəsi yollarda təmir işləri
    20. 16:04 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    21. 15:31 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    22. 09:44 Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin ədalət prinsipi
    23. 23:00 Masallıda Ramazan bayramı sovqatı
    24. 21:30 Prezident İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu -Nqessunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar bəyənatı
    25. 22:30 Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur
    26. 16:58 YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüşü keçirilib
    27. 16:51 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası
    28. 21:00 Aprel döyüşlərinin şəhidi Nurlan Bayram oğlu Əsgərlinin 8-ci ildönümü
    29. 16:28 Rayon rəhbərinin 05 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    30. 15:35 “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri” mövzusunda seminar
    31. 08:41 Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub
    32. 23:00 Masallıda iftar süfrəsi
    33. 22:00 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü
    34. 09:13 “Zəfərə gedən yol” – Masallıda tədbir
    35. 17:06 Azərbaycan Prezidentinə yazırlar
    36. 17:03 Masallıda növbəti ümumrayon ağacəkmə aksiyası
    37. 16:56 Masallı RİH Başçısı 03.04.2024-cü il tarixdə İkinci Yeddioymaq ərazisinin sakinləri ilə görüşdü
    38. 11:42 MASALLIDA YOLLAR TƏMİR OLUNUR
    39. 11:37 Masallıda noxud əkini sahələri genişləndirilir
    40. 11:15 ELAN
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ