• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

    Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

     

    Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


    Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir.
    Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
    Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.
    Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.
    Azərbaycanın dövlət himni səsləndi.
    Dövlət başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.
    Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.
    Ümummilli lider Heydər Əliyevin məzarının ziyarəti mərasimində Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
    Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.
    1993-cü ilin yayında, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük Qayıdış idi və Ulu Öndər müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətlərdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.
    Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıdan, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.
    Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 14-cü ildönümü günü – dekabrın 12-də də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirlər.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:25 “Tarixi yaddaşdan silinməyən soyqırım” mövzusunda dəyirmi masa
    2. 16:18 Masallı RİH Başçısı 29.03.2024-cü il tarixdə Güllütəpə ərazisinin sakinləri ilə görüşdü
    3. 10:31 Maliyyə göstəricisi
    4. 21:00 Masallıda rayon rəhbəri Bala Kolatan məktəbində
    5. 20:00 Masallı RİH Başçısı 28.03.2024-cü il tarixdə Böyük Kolatan ərazisinin sakinləri ilə görüşdü
    6. 16:30 Masallıda iftar süfrəsi
    7. 21:18 Azərbaycan Prezidentinə yazırlar
    8. 17:08 Masallı RİH Başçısı 27.03.2024-cü il tarixdə Sərçuvar ərazisinin sakinləri ilə görüşdü
    9. 16:49 Prezident İlham Əliyevin cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbriki ilə əlaqədar
    10. 11:35 Şəhid Sahil Babayevin doğum günü qeyd edilib
    11. 16:47 Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə Prezident İlham Əliyev təbriki etmişdir
    12. 23:30 Novruz Qarabağa xalqımızla qayıtdı
    13. 16:27 "Erkən nikah və onun fəsadları" mövzusunda dəyirmi masa
    14. 16:20 Masallıda ənənəvi Novruz yardımı
    15. 12:14 Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
    16. 12:06 Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır
    17. 23:59 Novruz «təzə il» deməkdir !
    18. 23:00 Bu gün hər iki ölkə birgə səylərlə bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib
    19. 22:30 Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq
    20. 21:00 Novruz bayramı və rəmzləri
    21. 17:04 Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    22. 16:59 Masallıda “Sağlam, sosial və təhlükəsiz mühitin formalaşması” adlı silsilə təlimlər
    23. 16:55 Masallıda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunanların medallarının təqdim olunması
    24. 16:30 Novruz-Azərbaycan xalqının milli bayramıdır
    25. 12:30 Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı misilsiz xidmətlərindən biri də Novruzun yenidən xalqımıza qaytarılması olub
    26. 11:07 Bakı növbəti dəfə qlobal müzakirələrin platformasına çevirilib
    27. 23:30 Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur
    28. 23:30 Rayon rəhbərinin 15 mart 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    29. 00:33 Novruz bizim ən qədim milli bayramımızdır
    30. 19:01 “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır”
    31. 18:58 Masallı rayonunda «Aqrar biznes festivalı» keçirilib
    32. 13:37 Prezident İlham Əliyev Alman İqtisadiyyatını Şərq Komitəsinin Sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür
    33. 13:16 Bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk
    34. 18:01 Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Masallıda vətəndaşlarla görüşəcək
    35. 14:30 Avropa reallığı dərk etməlidir
    36. 14:13 Ölkələrarası əlaqələrin inkişafına böyük töhfələr verən Azərbaycan
    37. 23:30 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər
    38. 23:30 Prezident İlham Əliyevi Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixail Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür
    39. 20:11 Güllütəpə ərazisində ağacəkmə kampaniyası keçirildi
    40. 12:18 Özünü əsgərlərinə sipər edən zabit
    «    Mart 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ