• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi: Azərbaycan-Türkiyə

    Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi: Azərbaycan-Türkiyə

                                       Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi
                                                     Azərbaycan-Türkiyə
                  Azərbaycan-Türkiyə əlaqələri tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulmuş və  daim möhkəmlənməkdədir. Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu zaman Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verib. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.   Ulu öndərin bu sitatı isə bütövlükdə iki ölkə əlaqələrinin hərtərəfli izahını vermiş olur: “Bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”. Ümümmilli liderin layiqli davamçısı Preziden İlham Əliyev də öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermiş və bunu öz sözləri və əməlləri ilə təsdiq etmişdir. Prezident İlham Əliyevin türk dünyası haqqında bu sitatını xüsusi vurğulamaq lazımdır: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”. 44 günlük Vətən Müharibəsi bir daha sübut etdi ki,  Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Prezidenti, qüdrətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağda və ətraf rayonlarda işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməyə başlandığı ilk gündən etibarən qardaş Türkiyə Cümhuriyyəti ölkəmizə və xalqımıza hər cür siyasi və mənəvi dəstək göstərməkdə davam edir  Dağlıq Qarabağdan və ətraf rayonlardan, o cümlədən, ermənilər tərəfindən dinc əhalinin atəşə tutulduğu Gəncə, Tərtər, Bərdə və digər yerlərdən ən çətin şəraitdə Türkiyə televiziyalarının, informasiya agentliklərinin verdikləri xəbərlər Azərbaycanın ədalətli müharibəsi haqqında dünya ictimaiyyətinə məlumatların çatdırılmasında mühüm rol oynayır. Türkiyə mediasının qaynar nöqtələrdə Azərbaycan kütləvi informasiya vasitələri ilə çiyin-çiyinə birgə fəaliyyəti informasiya müharibəsi cəbhəsində üstünlüyümüzə, qələbəmizə haqq qazandıran gur səsimizin əks-sədasıdır. Türkiyə mediasının çətin şəraitdə Azərbaycanda göstərdiyi operativ fəaliyyət hər cür minnətdarlığa layiqdir. Lap əvvəllər Türkiyənin beynəlxalq ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırması, ikili standartların yaratdığı problemləri aradan qaldırmağa çalışması günümüzün reallıqlarındandır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinin bir hissəsini işğal etməsinə cavab olaraq rəsmi Ankaranın təcavüzkar dövlətlə sərhədlərini bağlaması ilə Türkiyənin Azərbaycanın mövqeyini təkcə sözdə yox, həm də əməli işdə dəstəkləyən bir dövlət olduğunu ortaya qoymuşdur. Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir.                 Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. . Vətən Müharibəsi zamanı da bütün dünya Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikaların gücünü gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən, pilotsuz uçuş aparatlarından hərbiçilərimiz məharətlə istifadə etdi və bu, müharibədə böyük üstünlüyümüzə səbəb oldu. Türkiyə Respublikası ilə yeni müqavilələr imzalanmış, Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilmişdir. Bu, hərbi gücümüzü daha da gücləndirəcəkdir. Hazırda, işğalda azad edilmiş torpaqlarımızda mina təmizləmə işini xeyli asanlaşdıran müasir texnikalar Türkiyədən alınaraq ölkəmizə gətirilmişdir. Çətin sınaq günlərinin möhkəm və etibarlı Azərbaycan - Türkiyə Birliyi inkişaf edərək türk dünyasının həmrəyliyinə doğru genişlənir və daha da möhkəmlənir. Bu cəhətdən Türkiyə Cümhuriyyətinin bütün səviyyələrdə dönmədən göstərdiyi əsl qardaşlıq münasibəti türk dünyası üçün və ümumiyyətlə dünyada əsl dostluq, qardaşlıq və həmrəylik nümunəsi kimi də ibrətamiz və qiymətli örnəkdir. Azərbaycan-Türkiyə Birlik və Həmrəyliyi müasir dövrün qardaş ölkələr üzrə əsl tarixi və ibrətamiz dərsləridir. əsl qardaşlıq nümunəsi olan sarsılmaz Azərbaycan - Türkiyə Birliyi dost və tərəfdaş ölkələr üçün örnəkdir.
                    Tofiq Əsgərov,
     Masallı Rayon Təhsil Şöbəsinin əməkdaşı шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:58 Tüklə kəndində şəhid ailəsi üçün tikilən fərdi yaşayış evi istifadəyə verildi
    2. 16:55 Şərəfə kəndində yeni məhəllə təbii qazla təmin olundu
    3. 16:51 Masallı RİH Başçısı 24.04.2024-cü il tarixdə Tüklə ərazisinin sakinləri ilə görüşdü
    4. 15:24 Prezident İlham Əliyevin Rusiya dövlətinə rəsmi səfərləri ölkələrimiz arasında dostluq və tərəfdaşlığa töhfələr verir
    5. 23:30 Masallıda “Məktəbəqədər təhsil” layihəsinin açılışı baş tutdu
    6. 23:30 Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir
    7. 23:30 Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir
    8. 23:30 Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir
    9. 23:30 Masallı kitabxanasının 100 illik yubileyi
    10. 09:48 Masallıda görkəmli bəstəkarın yubiley tədbiri keçirilib
    11. 19:19 İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
    12. 19:17 İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib
    13. 19:13 Azərbaycan Prezidentinə yazırlar
    14. 19:09 Masallı şəhərində ağacəkmə aksiyası təşkil olundu
    15. 21:13 Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir
    16. 19:11 Masallıda özünəməşğulluğa cəlb edilmiş şəxslər barədə
    17. 19:04 Masallıda “Təbii fəlakətlər zamanı əhalinin davranışı və onların hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir
    18. 19:00 Rayon rəhbərinin 19 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    19. 12:14 Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır
    20. 23:00 Rayon ərazisində asfalt örtüyündə təmir işləri aparılır
    21. 22:30 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin yığıncağı
    22. 21:00 Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir
    23. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    24. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    25. 23:30 Yenidən qurulacaq Şirvan suvarma kanalı bu sahəyə yeni nəfəs gətirir
    26. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    27. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    28. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    29. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    30. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    31. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    32. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    33. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    34. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    35. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    36. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    37. 16:28 Masallı RİH Başçısı 09.04.2024-cü il tarixdə Təklə ərazisinin sakinləri ilə görüşdü
    38. 22:30 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    39. 16:07 Masallıda bayram öncəsi yollarda təmir işləri
    40. 16:04 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ