• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan-Türkiyə: davamlı inkişaf edən münasibətlər

    Azərbaycan-Türkiyə: davamlı inkişaf edən münasibətlər

    Azərbaycan-Türkiyə: davamlı inkişaf edən münasibətlər

    Dünyada analoqu olmayan qardaşlığın, ən çətin anların sınağından çıxan, Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” tezisinə əsaslanan reallığın təcəssümüdür. Bu birlik, qardaşlıq bütün sahələrdə olub: həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Türkiyənin televiziya kanalına müsahibəsində Azərbaycanın ən çətin günündə Türkiyə dövlətinin misilsiz dəstəyinin olduğunu deyərək bildirmişdir ki, ərazi bötövlüyümüz bərpa edilsin qardaş dövlətimiz arasında yeni dövr başlayacaq: “Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”. “Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu”,- deyən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev onu da vurğulayıb ki, çoxları bunu anlamırlar: “Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik”. Türkiyə Prezidenti R.T.Ərdoğan Türkiyə Böyük Millət Məclisinin iclasında Azərbaycan torpaqlarına Ermənistanın təcavüzü barədə danışarkən bildirib ki, ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür: “İşğalçılara səssiz qalan, vətənini qoruyanı isə suçlayanların sözünün bizim üçün heç bir dəyəri yoxdur. Bu alçaq oyun pozulur. Qalıcı sülhün yolu Ermənistanın işğal etdiyi hər qarış Azərbaycan torpaqlarından geri çəkilməsindən keçir”. Türkiyə Prezidenti bir daha Azərbaycanın yanında olduqlarını vurğulayıb: “Bunu burada bir daha bildirmək istərdim. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaq. Türkiyə Böyük Millət Məclisi olaraq Azərbaycanın yanında olduğumuz bir daha bildirildi. Ermənistan işğal etdiyi ərazilərdən çıxarılmalıdır”. Bəli, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Sındıra da bilmədi. Bunu isə işğalçı Ermənistan niyə də qəbul etmir? Çünki bu birlik, həmrəylik Qələbə Zəfərində bir daha özünü göstərdi, göstərdi ki, Azərbaycan-Türkiyə çətin gündə də, şad gündə də bir-birinin yanındadır.

    Səkinə Ağayeva, 
    Masallı Dövlət Regional Kollecinin tələbəsiшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:11 Masallıda özünəməşğulluğa cəlb edilmiş şəxslər barədə
    2. 19:04 Masallıda “Təbii fəlakətlər zamanı əhalinin davranışı və onların hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir
    3. 19:00 Rayon rəhbərinin 19 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    4. 12:14 Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır
    5. 23:00 Rayon ərazisində asfalt örtüyündə təmir işləri aparılır
    6. 22:30 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin yığıncağı
    7. 21:00 Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir
    8. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    9. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    10. 23:30 Yenidən qurulacaq Şirvan suvarma kanalı bu sahəyə yeni nəfəs gətirir
    11. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    12. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    13. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    14. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    15. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    16. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    17. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    18. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    19. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    20. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    21. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    22. 16:28 Masallı RİH Başçısı 09.04.2024-cü il tarixdə Təklə ərazisinin sakinləri ilə görüşdü
    23. 22:30 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    24. 16:07 Masallıda bayram öncəsi yollarda təmir işləri
    25. 16:04 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    26. 15:31 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    27. 09:44 Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin ədalət prinsipi
    28. 23:00 Masallıda Ramazan bayramı sovqatı
    29. 21:30 Prezident İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu -Nqessunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar bəyənatı
    30. 22:30 Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur
    31. 16:58 YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüşü keçirilib
    32. 16:51 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası
    33. 21:00 Aprel döyüşlərinin şəhidi Nurlan Bayram oğlu Əsgərlinin 8-ci ildönümü
    34. 16:28 Rayon rəhbərinin 05 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    35. 15:35 “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri” mövzusunda seminar
    36. 08:41 Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub
    37. 23:00 Masallıda iftar süfrəsi
    38. 22:00 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü
    39. 09:13 “Zəfərə gedən yol” – Masallıda tədbir
    40. 17:06 Azərbaycan Prezidentinə yazırlar
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ