Главная > Siyasət > Masallıda şəhidin xatirəsi anılıb

Masallıda şəhidin xatirəsi anılıb


25-03-2021, 11:05. Разместил: admin44
Balaqardaş Vəliyev - 19 

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Balaqardaş Fərhad oğlu Vəliyevin doğulduğu Masallı rayonunun Viləş kəndində doğum günü qeyd olunub.
Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən anım mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə birlikdə Masallı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şöbənin böyük məsləhətçisi Nurlan Muradov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının əməkdaşı Cəlal Əliyev, Viləş kənd ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhidin dostları iştirak ediblər.
Mərasim iştirakçıları şəhid Balaqardaş Vəliyevin məzarı üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Şəhidin atası Fərhad Vəliyev ailəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, rayon rəhbərliyinə təşəkkürünü bildirib.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад