Главная > Siyasət / Təhsil > Masallı Dövlət Regional Kollecində Ulu Öndərin 98-ci ildönümü

Masallı Dövlət Regional Kollecində Ulu Öndərin 98-ci ildönümü


5-05-2021, 15:53. Разместил: admin44
"Müstəqillik memarı"

Pandemiya qaydaları gözlənilməklə Masallı Dövlət Regional Kollecində Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
İlk öncə Ümumilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzolunmaz xidmətlərindən bəhs edən “Tərəqqi” medallı pedaqoq deyib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyev xalqımızın taleyində sönməz məşəl yandırıb. Onun adı Azərbaycan tarixində təkrar olunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalacaqdır. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı mərhələlərindən danışan Vidadi Nəzərov böyük rəhbərin respublikaya rəhbərlik etdiyi illəri Azərbaycan tarixində yüksəliş, tərəqqi, inkişaf illəri kimi dəyərləndirib: “Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir.
Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Xalqın iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Ölkə rəhbərinin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” - Ermənistan ordusu 44 gün ərzində bütün dünyanın gözü qarşısında darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı.” Çıxışının sonunda V.Nəzərov qeyd edib ki, Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Tədbirdə Kollecin müəllimləri Cəmaləddin Əliyev, İradə İmanbəyli, Kəmalə İmanova, Gülcahan Vəkilzadə, balaca fidanlar Gülşən Şahbazova, Nuray Hüseynova və tələbələrinin hazırladıqları "Müstəqillik memarı" adlı tamaşa-kompozisiyada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif anları, Azərbaycanın müstəqilliyi, xalqın xoşbəxtliyi naminə gördüyü işlər obrazlı şəkildə ifadəsini tapıb.
Sonda Kollecinin tələbələrinə fəxri fərmanlar təqdim olunub .




 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад