Главная > Siyasət > Masallıda Beynəlxalq Ailə Günü ilə əlaqədar tədbir keçirilib

Masallıda Beynəlxalq Ailə Günü ilə əlaqədar tədbir keçirilib


7-05-2021, 20:19. Разместил: admin44
Masallıda Beynəlxalq Ailə Günü ilə əlaqədar tədbir keçirilib 

Mayın 7-də Masallı rayon Heydər Əliyev Mərkəzində pandemiya qaydaları gözlənilmək şərtilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, təhsil müəssisələrinin işçiləri, ağsaqqal və veteranlar, gənc ailələr, vətəndaş cəmiyyətinin və media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə mövzu ilə bağlı videoçarx izlənilib.
Sonra tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova rayon rəhbəri Şahin Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdırıb. O, qeyd edib ki, BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən etibarən hər il mayın 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd edilir. Məruzəçi tədbirin planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət etdiyi vurğulayıb.
Məruzə ətrafənda çıxışlarda Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova, Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbinin müəllimi Sübhan Şiriyev, Hacıtəpə kənd məscidinin axundu Nəcəfqulu Quliyev, Eminli kənd məscidinin axundu Hacı Rəbbi Kərimov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə və başqaları, ölkəmizdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-ailə siyasətinin uğurla həyata keçirildiyini, ailənin cəmiyyətin əsas özəyi kimi dövlətin daim himayəsində olduğunu diqqətə çatdırıblar. Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir ailəyə diqqət və qayğısı, ailə dəyərlərinin qorunub saxlanılması, ailələrin sosial müdafiəsinin gücləndirilməsi üzrə həyata keçirilən ardıcıl tədbirlər, gənclərin vətənpərvərlik tərbiyəsi, 44 günlük Vətən müharibəsindəki Böyük Qələbəmiz haqqında bəhs edilib.
Natiqlər bildiriblər ki, Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir.
Tədbirin sonunda fikir mübadiləsi aparılıb.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад