Главная > Siyasət / Dünya Xəbərləri > Masallıda “Qəhrəmanlarımızı tanıdaq" layihəsinin növbəti qonağı Xətai İmanov olub

Masallıda “Qəhrəmanlarımızı tanıdaq" layihəsinin növbəti qonağı Xətai İmanov olub


8-05-2021, 14:32. Разместил: admin44
“Qəhrəmanlarımızı tanıdaq" layihəsinin növbəti qonağı Xətai İmanov 

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıdaq” layihəsinin qonağı, Vətən müharibəsinin iştirakçısı Xətai İmanov ilə onlayn görüş keçirilib.
Virtual görüş öncəsi Vətənin azadlığı yolunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İkinci Qarabağ müharibəsinin iştirakçısı Xətai İmanov çıxışında qeyd edib ki, Vətən müharibəsindəki qələbə qəhrəman övladlarımızın canı, qanı bahasına qazanıldı. 44 gün davam edən Vətən Müharibəsi böyük Zəfərimizlə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında haqqı olan qələbəsini əldə etdi. Yenilməz Ordumuz öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil. Ona görə də döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçır, Azərbaycan əsgəri isə öz torpağı uğrunda baş qoyur, canından keçirdi.
Vətən müharibəsi iştirakçısı Xətai İmanov keçdiyi döyüş yolu barədə məlumat verib, müharibə getdiyi günlərdə yaşadıqları hissləri görüş iştirakçıları ilə bölüşüb. Gənclərdə vətənpərvərlik hisslərinin daha da güclənməsi üçün öz tövsiyələrini verib, gəncləri maraqlandıran sualları cavablandırıb.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад