Главная > Siyasət > Masallı rayon rəhbərliyi Böyük Vətən Müharibəsi iştirakçılarını ziyarət edib

Masallı rayon rəhbərliyi Böyük Vətən Müharibəsi iştirakçılarını ziyarət edib


8-05-2021, 19:32. Разместил: admin44
Masallı rayon rəhbərliyi Böyük Vətən Müharibəsi iştirakçılarını ziyarət edib 

Mayın 8-də Masallı rayonunun Xırmandalı və Viləş kəndlərində Böyük Vətən Müharibəsi iştirakçıları ziyarət olunub.
Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, RIHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəis müavini Vüsal Şirinov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev və başqaları rayonun Xirmandalı kəndində Simran Quliyev və Viləş kəndində Cənnət Teymurovu ziyarət edib, onların problemləri ilə maraqlanıblar.
Böyük Vətən Müharibəsi iştirakçıları və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbərinə, rayon İcra hakimiyyətinin başçısına, eləcə də qonaqlara minnətdarlıqlarını bildiriblər.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад