Главная > Siyasət / Mədəniyyət / Dünya Xəbərləri > “İgid babaların qəhrəman nəvələri“

“İgid babaların qəhrəman nəvələri“


10-05-2021, 09:49. Разместил: admin44
“İgid babaların qəhrəman nəvələri“  
 
Masallıda Böyük Vətən Müharibəsinin (1941-1945) 76-cı il dönümü ilə bağlı növbəti tədbir keçirilib.
Rayon tarix-diyarşünaslıq muzeyi və rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İgid babaların qəhrəman nəvələri“ adlı tədbirdə Masallı Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Masallı rayon Müharibə,Əmək və Silahlı Veteranları Şurasının sədri Məmmədağa Şiriyev, Birinci Qarabağ və Vətən müharibəsinin qazi və iştirakçıları, Asan Xidmətin könüllüləri iştirak ediblər.
Pandemiya qaydaları gözlənilməklə təşkil olunan tədbir öncəsi şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şuşanın alınmasında qəhrəmanlarımızın göstərdikləri şücaətdən danışan Muzeyin direktoru Əntiqə Tağıyeva şəhid ailələrinin, qazilərin bizim mənəvi dəstəyimizə ehtiyacı olduqlarını söyləyib. Əməkdar mədəniyyət işçisi Böyük Zəfərin xalq və rəhbər birliyindən bəhrlənərək qazandığımızı və Dəmir yumruq kimi bir olmağımızı, Qarabağ bölgəsində yeni infrastruktur, bərpa işlərinin aparılmasında sahəsindən asılı olmayaraq fəal iştirakımızın vacibliyini vurğulayıb.
Ağsaqqalar şurasının sədri, yazıçı-publisit Ələşrəf Niftiyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev bu qələbənin qazanılmasında Prezdentimizin mükəmməl hərbi-siyası strategiyasının, xalq-dövlət birliyinin, igidlərimizin qəhramanlığının əhəmiyyətindən bəhs etdilər: “Ərazisi kiçik, lakin qüdrətli ölkəmizin inkişafı və parlaq gələcəyi üçün hər birimiz insanlar arsında mərhəmət, xoş rəftar, mehribançılıq və səmimiyyəti qorumalıyıq. Böyük Vətən Müharibəsinın 76-cı ildönümündə tarixi qələbəmizi qeyd edirik. Erməni mənfürları bizimlə nə qədər düşmənçilik edərlərsə, Ali Baş Komandamızın dediyi kimi, Dəmir yumruq onların başının üzərindən əskik olmayacaq. Prezidentimizin “Mənim sizə xüsusi hörmətim var. Mən sizə arxalanıram. Siz də mənə arxalana bilərsiniz” kəlməsi ilə əsgərlərimizi ruhlandıraraq bizə qələbəni nəsib etdi. Biz igidlərin babaları olaraq bu 44 günlük müharibədə gənclərimizdən çox şeylər öyrənmiş olduq. Bu zəfər sevincinə görə onların qarşısında baş əyirik. Onların sayəsində illərdən bəri tapdalanan mənəviyyatımız, milli qürurumuz geri qaytarıldı...”
Birinci Qarabağ və Vətən Müharibəsi iştirakçısı Cəmaləddin Məmmədov, Həmid Mənsimov 29 il öncə torpaqlarımızın itirilməsində döyüşçülərimizin deyil, o vaxtkı səriştəsiz rəhbərliyin, “siyasətçilərin” günhakar olduğunu diqqətə çatdırıb, Vətən Müharibəsində keçdikləri döyüş yolundan danışıblar.
Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Şuşa sakini, müəllim Rafiq Abbasov qeyd ediblər ki, indi hər birimiz igidlərimiz sayəsində başı uca gəzir, 44 günlük müharibədə təkcə işğalçı düşmənlə deyil, ermənipərəst dövlətlərlə də siyası müharibə apardıq. Ali Baş Komandanımızın vurğuladığı kimi “Şuşa, Sən Azadsan! Qarabağ Azərbaycandır! Şuşa, biz səni dirçələdəcəyik! deyərək, «Dəmir Yumruq» ətrafında birləşmişik.
Sonda qonaqlar muzeyin ekspozisiya zalında BVM-nin iştirakçıları və Qarabağ Şəhidlərin materiallarından hazırlanmış sərgiyə baxış keçirib, xatirə şəkilləri çəkiblər.
 
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад