Главная > Siyasət > Masallıda Ulu Öndərin xatirəsi böyük ehtiramla yad edilib

Masallıda Ulu Öndərin xatirəsi böyük ehtiramla yad edilib


10-05-2021, 14:38. Разместил: admin44
Ulu Öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edildi 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 98 il ötür. Ulu Öndərin doğum günü ilə əlaqədar Masallı rayonunda silsilə tədbirlər həyata keçirilmişdir.
Mayın 10-da ara məsafəsi gözlənilmək şərti ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, idarə, müəssisə və təşkilatların rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq, xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzində rayon məktəblilərinin Ulu Öndərin xatirəsinə həsr etdikləri əl işlərindən ibarət yaradıcılıq sərgisinə baxılıb.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад