Главная > Siyasət > Masallının Bala Kolatan kəndində «Şəhidlər bulağı»nın aşılışı

Masallının Bala Kolatan kəndində «Şəhidlər bulağı»nın aşılışı


10-05-2021, 15:48. Разместил: admin44
Bala Kolatan kəndində «Şəhidlər bulağı»nın aşılışı olub 

Mayın 10-da Masallı rayonunun Bala Kolatan kəndində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinə inşa edilən «Şəhidlər bulağı»nın açılışı olub.
Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları, Dini Durumlarla İş üzrə Dövlət Komitəsinin Masallı üzrə regional şöbəsinin əməkdaşları, ağsaqqallar və gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 200 illik tariximizdə xalqımızın ən böyük arzularının gerçəkləşdiyindən danışaraq, Müzəffər Ali Baş Komandanı İlham Əliyev və yenilməz ordumuz sayəsində milli-mənəvi ruhumuzun yeniləndiyini, tarixi ədaləti bərpa etdiyimizi diqqətə çatdırıb.
Çıxış edən digər natiqlər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük müharibə dövründə tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, şanlı tarixi Qələbədən, şəhidlərin şərəfli ömür yolundan danışılıb.
Şəhid valideynləri övladlarının Vətən uğrunda şəhid olduğuna görə qürur duyduqlarını bildirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Mərasim iştirakçıları bulaq-abidənin önünə gül dəstələri qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад