Главная > Təhsil > Masallıda təhsil işçilərinin onlayn müşavirəsi keçirilib

Masallıda təhsil işçilərinin onlayn müşavirəsi keçirilib


7-07-2020, 21:09. Разместил: admin44
Masallı Rayon Təhsil Şöbəsi məktəb direktor və müavinləri ilə onlayn müşavirə keçirib 

İyulun 3-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Fidan Nəcəfovanın iştirakı ilə “Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda virtual müşavirə keçirilib. Müşavirədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək 2019-2020-ci tədris ilində əldə edilmiş uğurlar, pandemiyanın təsiri və ona qarşı atılan addımlar haqqında məlumat verib. Nazir müavini həmçinin qarşıdan gələn tədris ili ilə bağlı müvafiq tapşırıqları diqqətə çatdırıb.

İyulun 6-da “2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” barədə məlumatları, eləcə də virtual müşavirədə səsləndirilən gələn tədris ili ilə bağlı müvafiq tapşırıqları məktəb rəhbərlərinin diqqətinə çatdırmaq üçün Masallı RTŞ-nin və məktəb rəhbərlərinin virtual konfransı keçiriilib.
Görüşdə məktəb direktorları ilə bərabər direktor müavinləri də iştirak ediblər.
Konfransda RTŞ-nin müdiri Tariyel Əkbərov koronavirus pandemiyasının yaratdığı problemlərdən, mart ayının 3-dən başlayaraq təhsildə yaranan fasilədən, vəziyyətdən çıxmaq üçün dövlətin atdığı addımlardan (Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş teledərslərdən, ,,Virtual məktəb” layihəsindən), “Virtual məktəb” layihəsi üzrə yay aylarında nəzərdə tutulan fəaliyyətlərdən, layihənin müəllim və şagirdlər üçün yaratdığı imkanlardan, yay tətili dövründə keçirilmiş mövzuların təkrar edilməsi, kitab mütaliəsi, teledərslərin videolarını izləməyin, müəllim-şagird-valideyn əlaqələrinin davam etdirilməsinin vacibliyndən, XI sinif məzunlarının buraxılış imtahanlarının nəticələri, fənn olimpiadalarının Respublika (final) turunda şagirdlərimizin qazandığı uğurlardan söhbət açıb, gələn tədris ili ilə bağlı müvafiq tapşırıqları məktəb rəhbərlərinin diqqətinə çatdırıb.
RTŞ-nin müdir müavini Samit İslamov növbəti tədris ilinə hazırlıq, mövcud vəziyyətin yarada biləcəyi çətinliklər və ona qarşı görüləcək tədbirlər haqqında fikir və mülahizələrini səsləndirib.
Kəlbəhüseynli kənd tam orta məktəbinin direktor əvəzi Günel Fətullayevanın, Mahmudavar kənd ümumi orta məktəbinin direktoru İsa İbadovun gələn tədris ili ilə bağlı fikirləri dinlənilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад