Главная > Təhsil / İdman > “Breyn rinq” bilik yarışı üzrə Masallı birinciliyi

“Breyn rinq” bilik yarışı üzrə Masallı birinciliyi


9-05-2021, 15:48. Разместил: admin44
“Breyn rinq” bilik yarışı üzrə Masallı birinciliyi

Masallıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib.
Masallı rayon Gənclər və İdman İdarəsinin, rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə koronavirus(COVİD-19) pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq, ASAN İntellektual İnkişaf Mərkəzində keçirilən intellektual yarışda (8-9 may) gənclər biliyini sınayıb.
Mükafatlandırma mərasimində rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bilik yarışının keçirilməsində əsas məqsədin Ulu öndərin əziz xatirəsinin yad edilməsi və Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunmasından ibarət olduğunu bildirib. O, Ümummilli liderin keçdiyi şərəfli ömür yolunun hər bir gəncə örnək olduğunu vurğulayıb, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.
Gərgin və maraqlı mübarizə şəraitdə keçən bilik mübarizəsinin sonunda I yerə Şığdaş, II yerə Bala Kolatan, III yerə Böyük Xocavar kənd tam orta məktəbinin şagirdləri layiq görülüb.
Qalib komandalar təşkilat komitəsi tərəfindən kubok və diplomlarla mükafatlandırılıb.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад