Главная > Təhsil > Masallının Ərkivan qəsəbəsində uşaq bağçasının təməli qoyulub

Masallının Ərkivan qəsəbəsində uşaq bağçasının təməli qoyulub


10-05-2021, 14:50. Разместил: admin44
Ərkivanda uşaq bağçasının təməli qoyuldu

Mayın 10-da Masallı rayonunun Ərkivan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni körpələr evi-uşaq bağçasının təməli qoyulub.
Möhtərəm Prezidentimizin tövsiyə və tapşırıqları əsasında Masallıda irimiqyaslı layihələrin icrası, abadlıq-quruculuq işləri durmadan inkişaf etdirilir. Keçən il olduğu kimi cari ildə də rayonda məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Ərkivan qəsəbəsində 100 yerlik uşaq bağçası-tərbiyə müəssisəsinin təməlqoyması olub.
Bağçanın təməlqoymasında iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov uşaqların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu xüsusilə qeyd edib. Rayon rəhbəri bu sahədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğı və mərhəmətinin ləyaqətlə təmsil edildiyini vurğulayıb:” Ərkivan qəsəbəsində körpə fidanların üzünə açılacaq körpələr evi-uşaq bağçası da bu mərhəmətin, diqqət və qayğının parlaq nümunəsidir.”
Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, əslən Ərkivandan olan tanınmış iş adamları Qalib Məmmədov, Qasıməli Qasımov, uşaq bağçasının müdiri Reyhan Əmənova, Azərbaycan Ordusunun mayoru, Tovuz döyüşləri şəhidi Anar Novruzovun oğlu Nihad Novruzov və başqaları bir daha yeni tikintiyə görə Ölkə rəhbərinə və Heydər Əliyev Fondunun Prezidentinə minnətdarlıq ifadə ediblər.
Qeyd edək ki, ara məsafəsi gözlənilmək şərti ilə keirilən təməlqoymada Ərkivan qəsəbəsinin ziyalıları, ağsaqqal və qaziləri iştirak eiblər.
Bu gün uşaqların keyfiyyətli təlim-tərbiyə və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindən biridir.
 
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад