Главная > Aqrar > Sərçuvarlıların zəhmət ovqatı
Sərçuvarlıların zəhmət ovqatı8-12-2017, 15:57. Разместил: yeni321 |
Sərçuvarlıların zəhmət ovqatı Bu ovqat tarlalardan, əkin sahələrindən başlanır. Gül kələmi becərənlər tarladan son məhsulu yığırlar. Masallı RİHB-nın Sərçuvar İƏD üzrə nümayəndəliyinin baş mühasibi Sahil Yarıyevin verdiyi məlumata görə indiyədək 30 tona yaxın məhsul toplanılıb Bakı bazarlarına göndərilmişdir. *** Tərəvəzçilər 5 hektar sahədə yazlıq kələm əkmişlər. Hazırda bitkilərə qulluq edilir. 2 hektarda kələm əkininə hazırlıq görülür. *** Ərazidə 95 hektar payızlıq əkinləri üçün şum vurulub. Sahələrdə əsasən tərəvəz: pomidor, soğan və paxlalı bitkilər – noxud, mərci əkiləcəkdir. *** Ərazidə 3 hektar sarımsaq əkilmişdir. Hazırda əkinlərə qulluq edilir. *** Sərçuvar kəndində həyət yanı sahələrdə badımcan, bibər, lobya, noxud əkilmişdir. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |