Sərçuvarlıların zəhmət ovqatı
- 8-12-2017, 15:57
- Aqrar
- 0
- 1 613
Sərçuvarlıların zəhmət ovqatı
Bu ovqat tarlalardan, əkin sahələrindən başlanır. Gül kələmi becərənlər tarladan son məhsulu yığırlar. Masallı RİHB-nın Sərçuvar İƏD üzrə nümayəndəliyinin baş mühasibi Sahil Yarıyevin verdiyi məlumata görə indiyədək 30 tona yaxın məhsul toplanılıb Bakı bazarlarına göndərilmişdir.
***
Tərəvəzçilər 5 hektar sahədə yazlıq kələm əkmişlər. Hazırda bitkilərə qulluq edilir. 2 hektarda kələm əkininə hazırlıq görülür.
***
Ərazidə 95 hektar payızlıq əkinləri üçün şum vurulub. Sahələrdə əsasən tərəvəz: pomidor, soğan və paxlalı bitkilər – noxud, mərci əkiləcəkdir.
***
Ərazidə 3 hektar sarımsaq əkilmişdir. Hazırda əkinlərə qulluq edilir.
***
Sərçuvar kəndində həyət yanı sahələrdə badımcan, bibər, lobya, noxud əkilmişdir.
“Yeni həyat”,
www.yeniheyet.az