Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul

    Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul

    06 avqust 2025-ci il tarixdə rayonun Şıxlar kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayev çıxış edərək ərazidə ötən qəbul zamanı 8 nəfər vətəndaş tərəfindən 8 məsələ qaldırıldığını, 2-nin müsbət həll olunduğunu və 6 məsələ ilə bağlı vətəndaşlara qanunamüvafiq cavab verildiyini bildirmişdir.

    Sonra Elvin Fəttayev ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Şıxlar ərazisində 1,3 km kənddaxili yola çınqıl döşənmiş və əlavə olaraq 2 km yol qreyderlə hamarlanmış, ərazidə 21 ədəd yararsız elektrik dirəyi və 300 metr elektrik xətti yenisi ilə əvəz olunmuş, Şıxlar ərazisində 20 metr qaz xətti yenisi ilə əvəz olunmuş və 1 vətəndaşın fərdi yaşayış evinə təbii qazın çəkilməsi təmin olunmuş, ərazidə 300 metr məsafədə suaparıcı kanallar təmizlənmiş, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkəti tərəfindən ərazidə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

    Şöbə müdiri daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 650 ədəd, “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 300 ədəd olmaqla ümumilikdə 950 ədəd ağac əkilməsi, Şıxlar kənd ümumi orta məktəbində cari təmir işləri aparılması, Şəhid Natiq Orucovun məzarı üstə çardaq tikilməsi və 20 yanvar şəhidlər abidəsində təmir işləri aparılması, Şıxlar kəndində Vətən müharibəsi iştirakçısına 3 maşın və Şıxlar kənd ümumi orta məktəbinə 1 maşın odun yanacağı verilməsi, ərazidə olan dövlət bayraqları və şəhid lövhələrinin yenilənməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin  etmək məqsədi ilə tapşırıqlarını vermişdir.
    Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.





    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:47 Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci il dönümü anıldı
    2. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    3. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    4. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    5. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    6. 15:33 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:29 Azərbaycan Prezidentinə yazırlar
    8. 16:53 Masallıda uzunluğu 6 km olan Boradigah çayının lildən təmizlənməsi işləri yekunlaşıb
    9. 16:51 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 10.12.2025
    10. 16:47 Masallının Mahmudavar kəndində 10 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    11. 14:45 Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
    12. 14:39 Heydər Əliyev və əbədi dövlətçilik yolu... Masallıda tədbir
    13. 13:03 Prezident İlham Əliyev: Azərbaycan və Slovakiya dost və strateji tərəfdaşlardır
    14. 12:59 Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı
    15. 21:30 Şəhid Raqib Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    16. 20:25 Masallıda "Məkr və Məhəbbət" əsəri nümayiş olundu
    17. 20:21 Rayon rəhbəri İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    18. 20:16 Rayon rəhbəri Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    19. 20:14 Rayon rəhbəri Əminli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Mehti Abbasovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    20. 20:07 Rayon rəhbəri Şərəfə kəndində Vətən Müharibəsi şəhidi Ramazan Vəliyevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    21. 16:40 “Heydər Əliyev xatirələrdə”mövzusunda səyyar sərgi
    22. 13:13 Masallıda “LevelUP” karyera inkişafı forumu
    23. 13:11 “Heydər Əliyev irsi gənclərin gözü ilə” təqdimat müsabiqəsi 
    24. 13:10 “Heydər Əliyev və qlobal liderlik: beynəlxalq arenada Azərbaycanın yeri” mövzusunda dəyirmi masa təşkil olunub
    25. 18:56 Rayon rəhbəri Qızılağac kəndində I Qarabağ Müharibəsi şəhidi Sübhan Xəlilov adına məktəbə gedən yola döşənmiş asfalt örtüyünə baxış keçirib
    26. 18:51 Rayon rəhbəri Göyəçöl kəndində I Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    27. 17:38 Qızılağac kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Sübhan Xəlilov adına 1 saylı tam orta məktəbinə gedən küçəyə asfalt örtüyü döşənmişdir
    28. 17:35 Əminli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Mehti Abbasov küçəsinə asfalt örtüyü döşənmişdir
    29. 17:32 Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun ailəsi yaşayan küçəyə asfalt örtüyü döşənmişdir
    30. 17:28 Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Elşad İsayev küçəsinə asfalt örtüyü döşənmişdir
    31. 17:26 İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyev küçəsinə asfalt örtüyü döşənmişdir
    32. 17:24 Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayev küçəsinə asfalt örtüyü döşənmişdir
    33. 17:20 Şərəfə kəndində Vətən Müharibəsi şəhidi Ramazan Vəliyev küçəsinə asfalt örtüyü döşənmişdir
    34. 13:11 Şəhid Sübhan Həsənovun şəhadətinin 5-ci ildönümü anıldı
    35. 20:25 Masallıda kitab təqdimatı – “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə”
    36. 23:00 Rusiyanın ən yaxşı cərrahı Masallıdandır
    37. 17:31 Hişkədərə kənd ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    38. 10:19 Masallıda rayon rəhbərinin 04 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 18:18 Masallıda “Beynəlxalq Əlillər Günü” münasibətilə bir qrup əlil evində ziyarət olundu
    40. 17:37 Masallı şəhərində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ