Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul

    Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul

    06 avqust 2025-ci il tarixdə rayonun Şıxlar kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayev çıxış edərək ərazidə ötən qəbul zamanı 8 nəfər vətəndaş tərəfindən 8 məsələ qaldırıldığını, 2-nin müsbət həll olunduğunu və 6 məsələ ilə bağlı vətəndaşlara qanunamüvafiq cavab verildiyini bildirmişdir.

    Sonra Elvin Fəttayev ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Şıxlar ərazisində 1,3 km kənddaxili yola çınqıl döşənmiş və əlavə olaraq 2 km yol qreyderlə hamarlanmış, ərazidə 21 ədəd yararsız elektrik dirəyi və 300 metr elektrik xətti yenisi ilə əvəz olunmuş, Şıxlar ərazisində 20 metr qaz xətti yenisi ilə əvəz olunmuş və 1 vətəndaşın fərdi yaşayış evinə təbii qazın çəkilməsi təmin olunmuş, ərazidə 300 metr məsafədə suaparıcı kanallar təmizlənmiş, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkəti tərəfindən ərazidə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

    Şöbə müdiri daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 650 ədəd, “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 300 ədəd olmaqla ümumilikdə 950 ədəd ağac əkilməsi, Şıxlar kənd ümumi orta məktəbində cari təmir işləri aparılması, Şəhid Natiq Orucovun məzarı üstə çardaq tikilməsi və 20 yanvar şəhidlər abidəsində təmir işləri aparılması, Şıxlar kəndində Vətən müharibəsi iştirakçısına 3 maşın və Şıxlar kənd ümumi orta məktəbinə 1 maşın odun yanacağı verilməsi, ərazidə olan dövlət bayraqları və şəhid lövhələrinin yenilənməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin  etmək məqsədi ilə tapşırıqlarını vermişdir.
    Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.





    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:24 Yeni Azərbaycan Partiyası - tarixin bütün sınaqlarından şərəflə çıxan alternativsiz siyasi qüvvədir
    2. 15:45 Şəhid Elməddin Nəzərovun şəhadətinin 5-ci ildönümü anıldı
    3. 15:43 Masallının Pircana kəndində 18 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    4. 15:35 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 18.11.2025
    5. 15:31 Azərbaycan Prezidentinə yazırlar
    6. 15:06 20 Noyabr – Ağdam Şəhəri Günü
    7. 15:02 “Azərbaycan–Özbəkistan Strateji Tərəfdaşlığı: İlham Əliyevin UzA-ya Müsahibəsində Yeni Perspektivlər”
    8. 14:58 20 noyabr Azərbaycan tarixində xüsusi yeri olan bir gündür
    9. 14:56 Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə barədə
    10. 11:26 Şəhid Elçin Novruzovun şəhadətinin 5-ci ildönümü anıldı
    11. 11:22 Cənubdaən uzunömürlü insanlar bu rayonlarda yaşayır – STATİSTİKA
    12. 19:39 Azərbaycan Prezidentinə yazırlar
    13. 18:14 Şəhid Sahib Şirəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    14. 11:03 Masallıda rayon rəhbəri Sığdaş kəndinə səfər edib
    15. 11:01 Masallıda rayon rəhbəri Boradigah qəsəbəsində şəhid küçələrində təmir işlərinə baxıb 
    16. 10:56 Masallıda rayon rəhbəri Boradigah çayı üzərində inşa olunan körpüdə
    17. 10:49 Rayonun Boradigah qəsəbəsində yollar cari və əsaslı təmir olunur
    18. 10:43 Şəhid Səməndər İsgəndərovun şəhadətinin 5-ci ildönümü anıldı
    19. 09:56 12 noyabr 2025-ci ildə Prezident İlham Əliyev
    20. 09:51 Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli çıxışı barədə
    21. 14:42 Rayon rəhbəri Viləş kəndində şəhid məzarlarını ziyarət etdi 
    22. 14:39 Masallının Viləş kəndində 13 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    23. 14:35 Masallıda rayon rəhbərinin 13 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 23:30 Tarixin nişanəsi — misgərlik sənəti
    25. 17:32 Şəhid Məhəmməd Əliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    26. 17:30 Şəhid Cavad Babayevin şəhadətinin 5-ci ildönümü anıldı
    27. 17:26 Masallıda “Azərbaycan Konstitusiyası: hüquqi dövlətçiliyin bünövrəsi” adlı konfrans
    28. 09:00 Müstəqil Azərbaycanın ilk “Konstitusiya”sı     
    29. 15:47 Şəhid Murad Nəfəsovun şəhadətinin 5-ci ildönümü anıldı
    30. 15:45 Masallıda “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Əsgərlinin şəhadətinin 5-ci ildönümü anıldı
    31. 09:30 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
    32. 08:18 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günüdür
    33. 13:31 Əbədiyyət Parçası: Zəfərdən Zirvəyə Aparan Mübarizə Ruhu
    34. 13:27 Bayraq – xalqın ruhu, millətin nəfəsi
    35. 16:36 Şəhid Röyad Məmmədovun şəhadətinin 5-ci ildönümü anıldı
    36. 16:35 Masallıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası 
    37. 16:25 Masallıda “Şanlı və Qürurlu Zəfər Günü” adlı konfrans
    38. 15:34 Ədliyyə naziri Fərid Əhmədov Masallıda vətəndaşları qəbul etdi
    39. 15:27 Masallıda 8 noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası 07.11.2025
    40. 15:23 Rayon rəhbəri Viləş kəndində şəhid abidələrini ziyarət etdi 07.11.2025
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ