Masallıda Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə həsr olunmuş tədbir keçirilib
Bu gün, 26 noyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə həsr olunmuş “Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti: humanizm, sosial qayğı və xalqa xidmət nümunəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin açılışında çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini – sektor müdiri Nahid Həsənov Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında oynadığı mühüm roldan, dövlətçilik ənənələrinin qorunması və inkişafı, təhsil, səhiyyə, mədəniyyət, xeyriyyəçilik və humanitar sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətindən danışıb. O, Heydər Əliyev Fondunun ölkəmizdə sosial layihələrin reallaşdırılması, milli-mənəvi irsin qorunması, təhsil və səhiyyə infrastrukturunun inkişafı, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilməsi istiqamətində gördüyü işləri diqqətə çatdırıb.
N.Həsənov qeyd edib ki, Mehriban xanım Əliyevanın fəaliyyəti humanizm, mərhəmət, vətənə və xalqa xidmət kimi ali dəyərlərə əsaslanır və bu nümunə hər bir dövlət qulluqçusu üçün mühüm örnəkdir. O, eyni zamanda yerli icra hakimiyyəti nümayəndəliklərinin və bələdiyyələrin qarşısında duran vəzifələrə toxunaraq vətəndaş müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasının, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həllinin, yaşayış məntəqələrində abadlıq və quruculuq işlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdir vəzifəsini müvəqqəti icra edən Nuranə Muradova çıxış edərək bildirib ki, Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi dövlət idarəçiliyindəki məsuliyyətli fəaliyyəti ilə məhdudlaşmır. Onun fəaliyyəti dövlətçilik, xeyriyyəçilik, mədəniyyət, təhsil, səhiyyə, idman və beynəlxalq humanitar əməkdaşlıq kimi geniş sahələri əhatə edir.Qeyd olunub ki, bu çoxşaxəli fəaliyyətin əsas istiqamətlərindən biri 2004-cü ildən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdir. Fond fəaliyyətə başladığı ilk gündən ölkəmizin sosial-iqtisadi və mədəni inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına və insanların rifahının yüksəldilməsinə mühüm töhfələr verib.
Çıxışda Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” proqramları çərçivəsində Masallı rayonunda həyata keçirilən layihələrə toxunulub. Bildirilib ki, bu layihələr nəticəsində rayonda yeni məktəb binaları, əlavə tədris korpusları və sinif otaqları inşa edilib, Şəhər 1 saylı Uşaq bağçası, Şəhər 4 saylı və Səmədxanlı kənd körpələr evi-uşaq bağçaları üçün yeni binalar tikilib.Mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlərdən danışılarkən Musaküçə kəndində həsirçilik sənəti ilə məşğul olan qadınlar üçün yaradılmış şərait xüsusi qeyd edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həmin sənətkar qadınlarla görüşünün də bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğu vurğulanıb.
Humanizm və sosial qayğı sahəsində həyata keçirilən layihələrdən bəhs edilərkən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində rayonda hər il talassemiyalı xəstələr üçün könüllü qanvermə aksiyalarının təşkil olunduğu diqqətə çatdırılıb. Həmçinin Fondun dəstəyi ilə sağlamlıq imkanları məhdud şəxslərə göstərilən humanitar yardımlardan danışılıb. Bu baxımdan Babaküçə kənd sakini, iki yaşlı Səccad Əliyevin Heydər Əliyev Fondunun təşəbbüsü ilə cərrahi əməliyyat olunması xüsusi qeyd edilib. Onun Birinci Qarabağ müharibəsi iştirakçısının nəvəsi olması bu qayğının həm uşağın sağlamlığına, həm də müharibə iştirakçısının ailəsinə göstərilən diqqətin nümunəsi kimi dəyərləndirilib.Nuranə Muradova çıxışının sonunda vurğulayıb ki, Mehriban xanım Əliyevanın xalqa xidmət, humanizm və xeyriyyəçilik prinsiplərinə əsaslanan fəaliyyəti hər bir dövlət qulluqçusu və ictimaiyyət nümayəndəsi üçün nümunədir.
Tədbirdə, həmçinin RİHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Musa Qubadov, Göyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəmilə İmanova və Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Baş məsləhətçisi Gülyanaq Ağayeva çıxış edərək Mehriban xanım Əliyevanın ölkəmizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, təhsilin, səhiyyənin və mədəniyyətin tərəqqisi istiqamətində gördüyü işlərin əhəmiyyətindən danışıblar. Onlar bu fəaliyyətin cəmiyyətimizdə humanizm, xeyriyyəçilik və vətənə xidmət ənənələrinin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd ediblər.
Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.





































