Rayonun Viləş kəndində şəhid, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin şəhadətinin 6-cı ildönümü anıldı
- 9-11-2026, 23:30
- Siyasət
- 0
- 10
09 noyabr 2026-cı il tarixində Masallı rayonunun Viləş kəndində Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş, Vətən Müharibəsi Qəhrəmanı Əsgərli İntiqam Bayram oğlunun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, başçının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələlər şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov, İstimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Tərlan Şahverdiyev, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.
İştirakçılar şəhid, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb.
Bildirilib ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının davam etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.































