Azərbaycan Prezidentinə yazırlar
- Bu gün, 12:01
- Maraqlı
- 0
- 13

Hörmətli cənab Prezident!
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ölkəmizin gələcək inkişafı, dövlətimizin qətiyyətli mövqeyi və xalqımızın milli maraqlarının müdafiəsi ilə bağlı səsləndirdiyiniz fikirlər hər birimizi qürurlandırdı və ruhlandırdı.
Vətən müharibəsində qazanılan şanlı Zəfər, torpaqlarımızın işğaldan azad olunması ilə başlayan yeni inkişaf mərhələsində YAP-ın üzərinə düşən məsuliyyətli və şərəfli missiyanı bundan sonra da yüksək səviyyədə yerinə yetirəcəyinə əminik.
Sizin rəhbərliyinizlə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, ölkəmizin sosial-iqtisadi inkişafı və əhalinin rifahın yüksəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı işlər hər bir vətəndaşımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Fəxr edirik ki, Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşlarıyıq. İnanırıq ki, Azərbaycan Sizin müdrik və uzaqgörən liderliyinizlə bundan sonra da yeni-yeni uğurlara imza atacaq , daha yüksək zirvələr fəth edəcəkdir.
Dövlətimizin inkişafı, xalqımızın rifahı naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, uzun ömür və böyük uğurlar arzu edirik.
Ulu Tanrı Sizi və ailənizi qorusun!
Hörmətlə,
Səbinə Səlimova,
Nahid Rəhimov,
Səfalı Paşayev,
Seymur Nuriyev,
Azərbaycan Respublikası, Masallı rayonu.





























