Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı

02 oktyabr 2026-cı il tarixində Masallı rayonunun Çaxırlı kəndində şəhid Şahbazov Kənan Natiq oğlunun 6-cı ildönümü anılmışdır.
Şəhidin Kənan Şahbazovun şəhadətə yüksəlməyinin 6-cı ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən aparatın Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri Nəsib Bağırov, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Tərlan Şahverdiyev, ərazi nümayəndəliyi, bələdiyyə, din xadimləri və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Qeyd edək ki, Kənan Şahbazov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Şəhidin nəşi 2 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı rayonunun Çaxırlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.






























