Masallıda rayon rəhbəri Viləş kəndində şəhid məzarlarını ziyarət edib
- 8-11-2026, 21:33
- Siyasət
- 0
- 9
08 noyabr 2026-cı il tarixdəMasallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və vətəndaşların iştirakı ilə şəhidlərin məzarları ziyarət edilmiş, qəbirüstü abidələri önünə tər gül dəstələri düzülərək şəhidlərin ruhu ehtiramla yad edilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır.































