Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir

    Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir

    20 oktyabr 2026-cı il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” adlı tədbir keçirilib.

    Tədbirdən əvvəl iştirakçılar Qəhrəmanlar parkında yerləşən “Şəhidlər abidə kompleksi”ni və Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək təzə tər çiçəklər düzüblər.

    Mərasim Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

    Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gənclərlə bağlı çıxışını və dəyərli tövsiyələrini əks etdirən videoçarx nümayiş etdirilib.

    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov gənclər siyasətinin dövlət əhəmiyyətindən və sağlam gəncliyin rolundan bəhs edərək bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətçilik konsepsiyasında gənclər siyasəti hər zaman prioritet istiqamətlərdən biri olub. Bu gün həmin siyasət Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirimizin adında ifadə olunan 'Sağlam gənclik, sağlam gələcək' çağırışı mühüm mənəvi və ictimai məna daşıyır. Sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, zərərli vərdişlərdən uzaq durulması və elmə, təhsilə yiyələnmək gənclərimizin qarşısında duran əsas vəzifələrdəndir. Siz Azərbaycanın bu gününün fəal iştirakçıları, sabahının isə əsas qurucularısınız. Əminəm ki, Masallı gəncləri də öz fəallıqları və uğurları ilə ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər.

    Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov Ordumuzun qüdrəti və Zəfər tariximizdən söz açaraq qeyd edib ki, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatları zamanı Azərbaycan əsgər və zabitlərinin, xüsusilə gənclərimizin göstərdiyi qəhrəmanlıq, cəsarət və Vətənə sədaqət xalqımızın iradəsini, dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi.

     Şəhidlərimizin və qazilərimizin keçdiyi şərəfli yol gənclərimiz üçün əsl vətənpərvərlik məktəbidir. Bizim borcumuz bu qəhrəmanlıq salnaməsini yaşatmaq və müstəqil Azərbaycanı daha da gücləndirməkdir.”
    Mövzu ilə bağlı SHXÇDX aparatının şöbə rəisi Pərviz Sədrəddinov gənclərin maarifləndirilməsi və hərbi-vətənpərvərlik tərbiyəsi haqqında fikirlərini bölüşərək qeyd edib ki, hərbi-vətənpərvərlik tərbiyəsi xüsusi əhəmiyyət kəsb edir. Gənclərimizin Vətən qarşısında borcunu dərk etməsi, hərbi xidmətə məsuliyyətlə hazırlaşması, nizam-intizamlı və sağlam həyat tərzi sürməsi dövlətimizin müdafiə qüdrətinin möhkəmləndirilməsinə xidmət edir.

     Dövlət Xidməti ilə yerli icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti və təhsil müəssisələrində aparılan maarifləndirmə işləri bu məqsədə nail olunmasında mühüm rol oynayır.”

    SHXÇDX-nin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rəfail Xəlilov isə yerlərdə aparılan işlər və cəmiyyətin birgə məsuliyyəti barədə danışaraq bildirib ki, sağlam və vətənpərvər nəslin yetişdirilməsi yalnız bir qurumun vəzifəsi deyil; bu, ailənin, təhsil müəssisələrinin, dövlət qurumlarının və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Yalnız birgə səylərlə milli-mənəvi dəyərlərə bağlı, müasir dünyagörüşünə malik və Vətəninə sədaqətli gənclər yetişdirə bilərik.
    Tədbirdə Birinci Qarabağ və Vətən Müharibəsi iştirakçısı Camaləddin Məmmədov da çıxış edərək gənclərə öz tövsiyələrini verib: “Vətənpərvərlik yalnız Vətəni sevdiyini söyləmək deyil, bu sevgini əməli fəaliyyətlə sübut etməkdir. Yaxşı təhsil almaq, peşəkar mütəxəssis kimi yetişmək, vicdanla çalışmaq və cəmiyyətin inkişafına töhfə vermək də Vətənə xidmətin mühüm formalarıdır. Siz Vətəninizlə fəxr etməklə yanaşı, Vətənin də sizinlə fəxr etməsi üçün çalışmalısınız.”

    Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Rayonun sevimli ifaçısı Firudin Səfərovun ifasında “Azərbaycan” və “Qarabağ Azərbaycandır!” mahnıları, eləcə də Masallı Dövlət Regional Kollecinin tələbələrinin təqdimatında vətənpərvərlik mövzusunda şeir kompozisiyası tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

    Tədbirin sonunda gənclərə sağlam, vətənpərvər və uğurlu gələcək arzulanıb.







    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    2. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    3. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    4. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    5. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    7. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    9. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    10. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    11. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    13. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    14. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    15. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    16. 10:08 UNUDULMUR...
    17. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    18. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    19. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    20. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    21. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    22. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    23. 16:46 “PeşəFest-2026” - Masallıda
    24. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    26. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    27. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    31. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    32. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    34. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    35. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    36. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    38. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    39. 11:28 Məhərrəm Səfərli – 80
    40. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ