“PeşəFest-2026” - Masallıda » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “PeşəFest-2026” - Masallıda

    “PeşəFest-2026” - Masallıda

     
    09 oktyabr 2026-cı il tarixdə Masallı rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi "PeşəFest-2026" layihəsi baş tutmuşdur.

    “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival gəncləri və valideynləri əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə, karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyır.
    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Milli Məclisin Deputatı Məşhur Məmmədov, Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov, həmçinin dövlət və özəl təşkilatların rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Aaraz Əhmədov gənclərin əmək bazarında uğurlu fəaliyyət göstərmələri üçün müasir və tələbatlı peşələr üzrə bilik və bacarıqlara yiyələnmələrinin vacibliyini diqqətə çatdırıb. O, gənclərin peşə seçimi və karyera istiqamətlərinin müəyyənləşdirilməsində bu cür tədbirlərin əhəmiyyətini, “PeşəFest”in regionda gənclərin peşələr barədə məlumatlılığının artırılmasına və gələcək məşğulluq imkanlarının genişləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
    Rəşad Mustafayev “PeşəFest”in gənclərimizin müasir əmək bazarının tələblərinə uyğun peşələrlə tanış olmaları və gələcək karyeralarını düzgün qurmaları üçün mühüm platforma olduğunu bildirib. Məşğulluq siyasətinin mühüm tərkib hissəsi kimi, gənc nəslin potensialını aşkar etmək, onları peşə təhsilinə həvəsləndirmək və işəgötürənlərlə effektiv kommunikasiyasını təmin etməyin əsas prioritetlərdən olduğu vurğulanıb.

    Məşhur Məmmədov isə doğru karyera istiqaməti seçiminin gələcək uğurların təməli olduğunu qeyd edib. “PeşəFest”in bölgə gənclərinin aktual peşələrlə əyani tanışlığı və məşğulluq imkanları barədə məlumatlılığının artırılması üçün əvəzsiz platforma olduğu vurğulanıb. O, gəncləri mütəxəssislərin tövsiyələrindən maksimum yararlanmağa, rəqəmsal və praktiki sahələrdə peşə vərdişlərinə yiyələnməyə səsləyib.

    Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.

    Qeyd edək ki, “PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuşmühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf MühitinMühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi vəUI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.

    Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.






    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:46 “PeşəFest-2026” - Masallıda
    2. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    3. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    4. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    5. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    7. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    9. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    10. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    11. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    12. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    13. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    14. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    16. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    17. 11:28 Məhərrəm Səfərli – 80
    18. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    19. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    20. 09:38 Azərbaycan Prezidentinə yazırlar
    21. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    22. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    23. 14:49 Rayon rəhbəri 02 oktyabr 2026-cı il tarixdə Ərkivan qəsəbəsində səyyar qəbul keçirib
    24. 10:06 Masallıda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
    25. 16:13 Masallıda tikintilərin qanunauyğun aparılması, tikinti norma və qaydalarına riayət olunması, eləcə də qanunsuz tikintilərə qarşı mübarizə mövzusunda tədbir
    26. 16:12 Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir
    27. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    28. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    29. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    30. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    31. 11:08 BÜTÜN ÖMRÜNÜ AZƏRBAYCANIN İNKİŞAFINA SƏRF EDƏN DAHİ
    32. 15:59 Vətən müharibəsi şəhid İntiqam Abbasovun şəhadətinin altıncı ildönümü anıldı
    33. 09:00 Regional və qlobal iqtisadi əməkdaşlığın fəal iştirakçısı
    34. 08:57 26 sentyabr 2026-cı il tarixində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası:
    35. 08:54 Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı barədə
    36. 20:36 Masallıda 27 Sentyabr – Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil olunub
    37. 14:09 Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
    38. 14:07 Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ
    39. 13:53 Masallıda 2026-cı ilin oktyabr ayına olan səyyar-görüş qəbulları
    40. 11:06 Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə ağacəkmə aksiyaları keçirilib
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ