Masallıda “LevelUP” karyera inkişafı forumu
- Bu gün, 13:13
- Maraqlı
- 0
- 4

Noyabrın 28-də Masallı Dövlət Regional Kollecinin tələbələri üçün təşkil edilən “LevelUP” karyera forumu uğurla yekunlaşıb. Forum gənclərin peşə seçimi, iş imkanları, şəxsi inkişafı və psixoloji dayanıqlığına dair aktual mövzuları əhatə edən 2 panel müzakirəsindən ibarət olub.
Panel başlamazdan öncə iştirakçılar üçün yerli şirkətlərin, təşkilatların tanıtım sərgisi keçirilib, “Emosional intellekt”kitabının təqdimatı baş tutub.
Tədbir çərçivəsində keçirilən panel müzakirələrində gənclərin peşə seçimində düzgün istiqamətləndirilməsi, təhsil sistemindən əmək bazarına inteqrasiya prosesləri, müasir iş bazarında tələb olunan bacarıqlar və gənclərin məşğulluq imkanlarının artırılması kimi mühüm məsələlər geniş şəkildə şərh edilib.
Bununla yanaşı, gənclərin şəxsi inkişafı, psixoloji dayanıqlığı, özünüifadə və kommunikasiya bacarıqları, eləcə də biznes mühitində uğur qazanmaq üçün zəruri kompetensiyaların formalaşdırılması istiqamətində dəyərli tövsiyələr verilib. Panel diskusiyaları gənclərin həm nəzəri, həm də praktiki biliklərlə zənginləşməsinə şərait yaradıb.
Qeyd edək ki, forum Masallı rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə həyata keçirilib.





























