Azərbaycan Prezidentinə yazırlar
- Dünən, 10:10
- Maraqlı
- 0
- 48

Möhtərəm cənab Prezident!
Sizi müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan və şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yüksək səviyyədə keçirilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirik. Azərbaycanın bu illər ərzində keçdiyi yol YAP-ın şərəf tarixi, qürur salnaməsidir.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasət və bu siyasətin ən layiqli davamçısı kimi Sizin rəhbərliyinizlə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatlar xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətimizin daha da möhkəmləndirilməsinə zəmin yaratmışdır. Milli şüarımıza çevrilmiş “Qarabağ Azərbaycandır!" gerçəyi reallaşdı, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Vətən müharibəsində Zəfər qazandı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edildi. Üçrəngli Bayrağımız bu gün respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Ulu Öndərimiz Heydər Əliyevin bizə əmanəti olan müstəqil Azərbaycan bu gün öz tarixinin ən şərəfli günlərini yaşayır. Doğma Azərbaycan Sizin rəhbərliyiniz altında dünya düzəninin yeni tarixini yazaraq xalqımızın zəfər salnaməsini və yeni reallıq yaratmışdır.
Bu gün ölkəmizdə ictimai-siyasi sabitlik təmin olunmuşdur, Sizin rəhbərliyinizlə respublikamızda, bölgələrimizdə həyata keçirilən tədbirlər, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda görülən işlər xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanır.
Hörmətli cənab Prezident, Vətən və xalq naminə gördüyünüz bütün işlərə görə Sizə minnətdarlığımızı bildiririk. Dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, xalqımızın firavan gələcəyinin və xoşbəxtliyinin təmin edilməsi ilə bağlı şərəfli fəaliyyətinizdə Sizə daha böyük nailiyyətlər arzulayıram.
Cənab Prezident, Sizi YAP Masallı rayon təşkilatının çoxminli üzvləri adından əmin edirik ki, bundan sonra da fəaliyyətimizi Sizin tapşırıq və tövsiyələriniz, partiyamızın proqram və nizamnaməsinə uyğun quracaq, ölkəmizdə yeni tarixi vəzifələrin icrasında fəal iştirak edəcəyik.
Allah Sizi və Azərbaycanımızı qorusun!
Hörmətlə,
Seyfəddin Əliyev,
YAP Masallı rayon təşkilatının sədri,
Azərbaycan Respublikası, Masallı şəhəri.




























