Rayon rəhbəri 52 il pedaqoji fəaliyyət göstərmiş 87 yaşlı müəllimlə görüşüb
16 noyabr 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Böyük Kolatan ərazisinin Bağıroba kəndində yaşayan, ömrünün 52 ilini şagirdlərin təhsilinə və təlim-tərbiyəsinə həsr etmiş 87 yaşlı dil və ədəbiyyat müəllimi Vəkil Ağayevin evində qonaq olub.
Səmimi və mehriban şəraitdə keçən görüş zamanı Vəkil müəllimin həyat və pedaqoji fəaliyyəti, uzun illər ərzində təhsil sahəsində qazandığı təcrübə və yetirmələrinin uğurları barədə söhbət aparılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Vəkil Ağayevin yarım əsrdən artıq davam edən müəllimlik fəaliyyətini, gənc nəslin maariflənməsi və tərbiyəsi istiqamətində göstərdiyi xidmətləri yüksək qiymətləndirib, ona diqqət və ehtiramını ifadə edib.
Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı rayonun bütün yaşayış məntəqələrində yaşayan sakinlərlə, müxtəlif peşə və sənət sahələrinin nümayəndələri ilə mütəmadi görüşlər keçirir, onların həyat və fəaliyyətləri ilə maraqlanır.
Ömrünü xalqın maariflənməsinə, gənc nəslin təlim-tərbiyəsinə və gələcəyin formalaşmasına həsr etmiş ağsaqqal müəllimlərə göstərilən diqqət və ehtiram milli-mənəvi dəyərlərimizin qorunması, müəllim əməyinə verilən qiymət və nəsillər arasında mənəvi bağlılığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.





























