Azərbaycan Prezidentinə yazırlar
- Bu gün, 10:57
- Maraqlı
- 0
- 8
Möhtərəm cənab Prezident!Ölkəmizdə əhalinin sosial rifah halının yüksəldilməsi, infrastrukturun və kommunal xidmətlərlə təchizatın yaxşılaşdırılması sayəsində görülən işlər təqdirəlayiqdir. Bizim kəndimiz də bu işlərdən öz nəsibini almışdır. Kəndimizdə elektrik dirəklərinin və transformatorun yenilənməsi, köhnə naqillərin müasir kabellərlə əvəz olunması sakinləri sanki işıqlı günə çıxarmışdır. Hazırda kəndimizdə bütün evlərdə normal işıq yanır.
Cənab Prezident, həyatımızı firavanlaşdıran işlərinizə görə kəndimizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Ulu Tanrı hər zaman yolunuza işıq salsın, Sizi darda qoymasın!
Hörmətlə,
Vidadi Əsədullayev
Azərbaycan Respublikası, Masallı rayonu, Qəzvinoba kəndi.




























