MÜHÜM VƏZİFƏLƏR » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » MÜHÜM VƏZİFƏLƏR

    MÜHÜM VƏZİFƏLƏR


                                                                                                                                                     
    Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
     Əvvəlcə müşavirə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Masallı şəhərində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.  

    Müşavirədə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək qeyd etdi ki, ötən əsrin sonunda Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilərək fəaliyyətə başlayan Yeni Azərbaycan Partiyası (YAP) müstəqillik dövründə dövlətimizin tarixi uğurlarının bayraqdarıdır. Möhtərəm Prezidentimiz, Partiyamızın sədri cənab İlham Əliyevin oktyabrın 2-də keçirilmiş YAP-ın VIII qurultayındakı nitqi aparıcı siyasi təşkilatın keçdiyi tarixi yolu,  qazanılan nailiyyətləri, qarşıda duran vəzifələri dəyərləndirmək baxımından mühüm siyasi məna daşıyır. Eyni zamanda, bu qurultay yeni ictimai-siyasi və geosiyasi reallıqların formalaşdığı bir mərhələnin başlanğıcı sayılır.

     Seyfəddin Əliyev bildirdi ki, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultaydakı nitqində qazanılan uğurlarla yanaşı, diqqəti ideoloji təhlükəsizlik amillərinə də cəlb edib. Dövlətimizin başçısı artıq daha çevik ideoloji iş qurmağın, şablonlardan və formal xarakterli tədbirlərdən uzaqlaşmağın vaxtı çatdığını vurğulayıb. Yəni faydalı iş əmsalını yüksəltmək üçün zamanın çağırışlarına uyğun yeni, müasir ideoloji yönüm formalaşdırılmalıdır.

    Dövrümüzün tələbləri baxımından mühüm əhəmiyyət kəsb edən bu çağırışlar ölkəmizin ideoloji məkanını yad təsirlərdən qorumaq məqsədi daşıyır. Bu prinsip, eyni zamanda, Azərbaycanın müstəqil xarici siyasət strategiyasının əsasını təşkil edir. Dövlətimizin başçısının vurğuladığı kimi: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.

     Təşkilat sədri sonda qeyd etdi ki, YAP-ın VIII Qurultayında müəyyən olunan bu strateji hədəflər bütöv Azərbaycanın qüdrətlənməsinə və milli təhlükəsizliyimizin daha etibarlı qorunmasına xidmət edir. Bu baxımdan, partiyanın yeni fəaliyyət proqramı sadəcə siyasi yenilənmə deyil, həm də dövlətimizin qarşısında duran milli hədəflərin reallaşması üçün mühüm yol xəritəsidir. Xüsusilə gənc nəslin dövlətçilik ideologiyası ətrafında sıx birləşməsi və yad təsirlərdən uzaq olması ölkəmizin daxili sabitliyini daha da sarsılmaz edəcəkdir. Məhz bu sarsılmaz birlik və müstəqil siyasi iradə Azərbaycanın Zəfər dövründəki yeni tarixi uğurlarının ən böyük qarantı rolunda çıxış edir.

     Milli Məclisin deputatı Məşhur Məmmədov çıxış edərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı ölkəmizin qarşıdakı dövr üçün əsas strateji prioritetlərini müəyyən edən mühüm siyasi mesajlarla zəngin oldu. Xüsusilə dəyişən geosiyasi mühit, dünyada münaqişələrin genişlənməsi, beynəlxalq hüququn ciddi sınaqlarla üzləşməsi fonunda Azərbaycanın təhlükəsizliyinin və müstəqil xarici siyasət kursunun qorunması məsələləri xüsusi aktuallıq daşıyır. Bundan əlavə M.Məmmədov çıxışı zamanı vurğuladı ki, bu gün ölkəmizin iqtisadiyyatının güclənməsi özünü yerlərdə əhalinin, xüsusən də aztəminatlı ailələrin sosial rifahının artırılmasında özünü büruzə verir.

    Müşavirədə şəhid anası, R.Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəb ərazi partiya təşkilatının sədri Mehriban Sultanova, Mahmudavar ərazi partiya təşkilatının sədri Kinəxanım Əliyeva, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon filialının sədri Ramiz Tağıyev, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və başqaları çıxış edərək VIII Qurultayın tarixi əhəmiyyətindən bəhs etdilər.

     Çıxış edənlər xüsusilə vurğuladılar ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası şəraitində keçirilən bu qurultay partiyanın gələcək fəaliyyəti üçün mükəmməl bir ideoloji strategiya ortaya qoydu.

    Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    2. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    3. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    7. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    8. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    9. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    10. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    11. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    12. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    14. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    15. 11:28 Məhərrəm Səfərli – 80
    16. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    17. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    18. 09:38 Azərbaycan Prezidentinə yazırlar
    19. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    20. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    21. 14:49 Rayon rəhbəri 02 oktyabr 2026-cı il tarixdə Ərkivan qəsəbəsində səyyar qəbul keçirib
    22. 10:06 Masallıda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
    23. 16:13 Masallıda tikintilərin qanunauyğun aparılması, tikinti norma və qaydalarına riayət olunması, eləcə də qanunsuz tikintilərə qarşı mübarizə mövzusunda tədbir
    24. 16:12 Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir
    25. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    26. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    27. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    28. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    29. 11:08 BÜTÜN ÖMRÜNÜ AZƏRBAYCANIN İNKİŞAFINA SƏRF EDƏN DAHİ
    30. 15:59 Vətən müharibəsi şəhid İntiqam Abbasovun şəhadətinin altıncı ildönümü anıldı
    31. 09:00 Regional və qlobal iqtisadi əməkdaşlığın fəal iştirakçısı
    32. 08:57 26 sentyabr 2026-cı il tarixində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası:
    33. 08:54 Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı barədə
    34. 20:36 Masallıda 27 Sentyabr – Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil olunub
    35. 14:09 Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
    36. 14:07 Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ
    37. 13:53 Masallıda 2026-cı ilin oktyabr ayına olan səyyar-görüş qəbulları
    38. 11:06 Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə ağacəkmə aksiyaları keçirilib
    39. 12:28 Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir
    40. 10:58 27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq”
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ