32 illik şərəfli yol » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 32 illik şərəfli yol

    32 illik şərəfli yol


    Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı partiyanın təsis edilməsinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirib.

    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər güllər düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Masallı Qəhrəmanlar Parkında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi də yad edilib.

    Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 32 il ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi Azərbaycana tarixi nailiyyətlər qazandırıb. Yeni Azərbaycan Partiyası 32 illik şərəfli yolda ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə məhz Yeni Azərbaycan Partiyasının və partiyanın lideri Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial fəaliyyətinin nəticəsidir.

    Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov çıxışında qeyd edib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyulub və tarixi Zəfərə apararaq ərazi bütövlüyü və suverenliyin bərpasına gətirib çıxarıb.

    Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin Masallı nümayəndəliyi ərazi partiya təşkilatının sədri Ceyhun Bəşirovun, şəhər 2 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Mehriban Əzizovanın, rayon təşkilatının gənc fəalı Rövşən Muxtarovun, partiyanın veteran üzvü, rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayevin, vetran üzv Ərəstun Əbilovun, partiya fəalı Əntiqə Tağıyevanın çıxışlarında vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 32 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin Sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparır. Bildirilib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimiz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti ilə regionun lider dövlətinə çevrilib.

    Tədbirin sonunda xatirə şəkli çəkdirilib.















    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    3. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    5. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    6. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    7. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    9. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    10. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    11. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    12. 10:08 UNUDULMUR...
    13. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    14. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    15. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    16. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    17. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    18. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:46 “PeşəFest-2026” - Masallıda
    20. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    22. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    23. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    24. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    25. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    26. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    27. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    28. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    29. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    30. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    31. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    32. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    33. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    34. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    35. 11:28 Məhərrəm Səfərli – 80
    36. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    37. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    38. 09:38 Azərbaycan Prezidentinə yazırlar
    39. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    40. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ